İranda qum fırtınası: 2 minə yaxın şəxs zərər gördü
16 Avqust 2023 21:41 Güneyİranın Sistan və Bəlucistan əyalətini cənginə alan qum fırtınası nəticəsində 2 minə yaxın insan zərər çəkib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi bildirib.
"Sistan və Bəlucistanda tüğyan edən qasırğa və qum fırtınası nəticəsində 1 834 nəfər tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalıb", - o bildirib.
M.Mohebi xəsarət alanların vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31