Güneydə etiraz aksiyalarına çağırış edildi
15 Avqust 2023 12:51 GüneyGüney Azərbaycanın bir sıra təşkilatları Urmiya gölünün bərpa edilməməsi, gölün qurudulmasına etiraz olaraq aksiyaya çağırış ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən təşkilatların birgə bəyanatında bildirilib.
Aksiya ilə bağlı yayılan elanda avqustun 27-si, yerli vaxtla saat 17:00-da hər kəsin Təbriz, Tehran, Kərəc, Urmiya, Ərdəbil və Zəncan şəhərlərinin mərkəzi meydanlarına toplaşması istənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31