İranın şimalındakı Şimali Xorasan əyalətində poladəritmə zavodunda partlayış baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Məlumata görə, altı nəfərin xəsarəti yüngül qiymətləndirilir, onların ambulator müalicələri aparılır.
Daha iki nəfər xəstəxanaya yerləşdirilib, biri ağır yaralanıb.