İranda güclü partlayış - Ölənlər var

İranın Xuzistan əyalətində güclü partlayış olub.

Trend xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə əyalətin Bağ Malik şəhərinin Əbu əl-Abbas rayonunun Lalab kəndində səhər saatlarında qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər ölüb.

Qeyd edilib ki, ki, partlayış nəticəsində həlak olanlardan beşi kişi, biri qadındır.

Partlayışın səbəbi müəyyənləşdirilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31