Hicab taxmayanlara tibbi yardım göstərilmir - Qadınlara xəbərdarlıq edildi
3 Avqust 2023 14:28 Güneyİranda hicab qaydalarına əməl etməyən qadınlara tibbi yardım göstərilmir.
Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.
Qeyd olunur ki, İranın şimalında yerləşən Lahican şəhərində rəsmilər tibb müəssisələrinə yalnız hicab qaydalarına əməl edənlərə xidmət göstərmək barədə xəbərdarlıq ediblər.
Mənbə hüquq müdafiəçilərinə istinadən vurğulayır ki, rejimin belə bir qərarı "İran qadınlarının qanuni vətəndaş və insan hüquqlarının, eləcə də bütün sivil normaların kobud şəkildə pozulmasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31