Son iki gündə 17 məhbus edam edildi - İranda dəhşət

İranda daha 5 məhbus edam edilib.

Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, İranda İnsan Haqları Təşkilatının məlumatına görə, dünən Xürrəmabad, Əhvaz və Bircənd şəhər həbsxanalarında 5 məhbusun edam hökmü icra edilib.

Qeyd edək ki, edam edilən 3 məhbus narkotik maddələrin qaçaqmalçılığında, digər 2 nəfər isə qəsdən adam öldürməkdə ittiham ediliblər.

Xatırladaq ki, son iki gün ərzində ölkədə edam olunanların sayı 17 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31