İranda azərbaycanlı fəallara qarşı təzyiq kampaniyası başladı

Son iki gün ərzində təhlükəsizlik məmurları Güney Azərbaycanın Ərdəbil, Təbriz, Urmu, Xiyav, Marağa şəhərlərində, eləcə də Tehranda azərbaycanlı fəallara zəng edərək onları dindirmək üçün çağırıblar.

Olaylar.az Bakupost.az -a istinadən xəbər verir ki, bu barədə İranda siyasi və vətəndaş cəmiyyəti məhbuslarının Müdafiəsi Kampaniyası məlumat yayıb.

Qeyd olunur ki, Firuz Moini, Əsgər Əkbərzadə, Tohid Əmirəmini, Meysəm Coləni, Yusif Kari, Mürtəza Pərvin, Səid Sadiqifər, Məhhəməd Colani, Yaşar Əkbərzadə və başqaları təhlükəsizlik məmurları tərəfindən çağırılan milli fəallar sırasındadır.

Milli fəalların bir çoxu bu çağırışı qanunsuz adlandırıb və sözügedən orqanlara getməkdən imtina ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31