İran pikaplarını Ermənistana göndərir

İranın "İran Khodro" avtomobil şirkəti "İKCO Arisun 2" pikaplarının Ermənistana tədarükünə başlayıb.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "Charkhan" nəşri məlumat yayıb.

Bildirilib ki, avtomobil "Pejo 405"in köhnə modeli üzərində istehsal olunub. Pikapın yükgötürmə qabiliyyəti 750 kq-dır.

Avtomobilin qiyməti açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31