İranda atışma: daha iki polis öldürüldü

İranın cənub-qərbində baş iki polis əməkdaşı ölüb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, iki polis zabiti İze şəhərinin mərkəzindəki Biş Şirin kəndində baş verən silahlı qarşıdurma zamanı ölüblər.

Atışmanın silahlı qrupla polislər arasında olduğu bildirilib.

Qeyd edək ki, ötən gün Zahidanda edilən hücum zamanı 4 polis öldürülmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31