İran ABŞ vətəndaşını HƏBS ETDİ

İran-ABŞ arasında məhbusların mübadiləsi ilə bağlı danışıqların aparıldığı bir vaxtda Tehran rejimimi daha bir amerikalını həbs edib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nın "Semafor" saytı məlumat yayıb.

Məlumatda həbs edilən ABŞ vətəndaşının kimliyi qeyd edilmədən onun İranda həbs edilən 4-cü Amerika vətəndaşı olduğu bildirilib.

"İran dördüncü Amerika vətəndaşını həbs edib. Bu da Bayden administrasiyasının məhbusların mübadiləsi və Tehranla gərginliyi azaltmaq səylərini çətinləşdirib",- məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31