İran mediası: Fars dili sıxışdırılır
21 İyul 2023 18:23 GüneyTaliban hökuməti Əfqanıstanda fars dilini sıxışdıraraq, bu dildən istifadəyə məhdudiyyətlər qoyub.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın "Xorasan" qəzeti məlumat yayıb.
Qəzet iddianı "Əfqanıstanda fars dilinə qarşı mədəni terrorizm" başlığı altında dərc edib.
Bu xəbər İranda yaşayan qeyri-fars xalqların nümayəndələrinin sərt reaksiyasına səbəb olub. Onlar hakimiyyətin İranda qeyri-fars dillərə qarşı siyasətini xatırladaraq, öz ölkəsində mədəni terrorizmlə məşğul olan bir sistemin qonşu ölkəyə irad bildirməsini "həyasızlıq" adlandırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31