İran gecə səhərə qədər divarlardan şüar siləcək
20 İyul 2023 15:15 Güneyİran şəhərlərində divarlara hökumət əleyhinə şüarlar yazılmasının artmasına görə bələdiyyələrin tərkibində yeni qurum yaradılıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, yeni qurum işçilərinin missiyası divarlara yazılan şüarları silməkdir.
Etirazçılar şüarları gecə saatlarında yazdığına görə yeni qurumun əməkdaşları da saat 00:00-dan səhər saat 08:00-a kimi fəaliyyət göstərəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31