İranda əxlaq polisi yenidən fəaliyyətini bərpa etdi
17 İyul 2023 23:55 Güneyİranda əxlaq polisi yenidən fəaliyyətini bərpa edib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Bildirilib ki, hazırda hicab qanununu pozanları aşkar etmək üçün müşahidə kameralarından da istifadə edilir.
Xatırladaq ki, Məhsa Əmininin ölümü ilə başlayan etirazlardan sonra əxlaq polisinin məhkəmə sisteminə aidiyyəti olmadığı üçün fəaliyyətinin dayandırıldığı bəyan edilmişdi.
İndi isə onun fəaliyyəti bərpa olunub.
Məlumatı İranın Baş prokuroru Məhəmməd Cəfər Montəzeri də təsdiq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31