İranda bu virus yayılır - Artıq 3 nəfər ölüb
6 İyul 2023 15:29 Güneyİranda 21 martdan -6 iyuladək tarixdə Krım-Konqo qızdırmasından üç nəfər ölüb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Rza Şirzadi deyib.
Onun sözlərinə görə qeyd olunan müddətdə 28 nəfər bu xəstəliyə yoluxub.
Şirzadi bildirib ki, Krım-Konqo qızdırmasının əsas simptomları qızdırma, başağrı, kəskin halda isə qanaxmadır.
Krım-Konqo qızdırma virusu heyvan kəsilən zaman insana yoluxa və sonradan insandan-insana keçə bilər. Heyvanlar sadəcə sallaqxanalarda xüsusi nəzarət altında kəsilməli və ət ən azı 1 sutka soyuducuda mənfi 4 dərəcədə saxlanılmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31