İranda 5 nəfər "girov" götürən şəxs ÖLDÜRÜLDÜ

İranda Fars vilayətinin Şiraz şəhərində apteki qarət edərək 5 nəfəri "girov" götürən şəxs qətlə yetirilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, İranın "Mehr" xəbər agentliyinin yaydığı məlumata görə, Şirazın Sədra qəsəbəsində apteki qarət etməyə çalışan 35 yaşındakı şəxs 5 nəfəri "girov" götürüb.

Hadisə yerinə gələn polislər qarətçini təslim olmağına çalışıb. Xəbərdarlığa məhəl qoymayan şəxs girovları öldürməklə təhdid edib və polislərə atəş açıb.

Qarətçi zərərsizləşdirilib və girovlar xilas edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31