Narahat hesabat: İran hər 6 saatda bir nəfəri edam edir - ÖZƏL
8 May 2023 12:31 GüneyOlaylar.az xəbər verir ki, İran İnsan Haqları Təşkilatının hesabatına görə, 2023-cü ildə İran hakimiyyəti tərəfindən ən azı 194 nəfər edam edilib.
Bildirilib ki, son iki həftə ərzində İranda edam edilən 42 nəfərin yarısı İran-Pakistan sərhədindəki Bəlucistan bölgəsindəndir. Bu şəxslərin əksəriyyəti narkotik cinayətlərinə görə edam edilib. Amnesty İnternational qeyd etdi ki, bəluc azlığına qarşı tətbiq edilən ölüm cəzası sürətlə artıb.
"Etirazçılara qarşı edam hökmlərinə beynəlxalq reaksiya İran İslam Respublikasının onların edamlarını davam etdirməsini çətinləşdirib", deyə İHR direktoru Mahmud Amiri Moqaddam bildirib.
"Bunu kompensasiya etmək və insanlar arasında qorxu yaratmaq üçün hakimiyyət qeyri-siyasi ittihamların icrasını sürətləndirdi. Bunlar İranın edam maşınının ucuz qurbanlarıdır" . IHR bildirir ki, İran 2022-ci ildə ən azı 582 məhbusu edam edib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəmdir. 2021-ci ildə bildirilən 333 edamdan əhəmiyyətli dərəcədə çoxdur.