Çin ABŞ-ı “qırmızı xətti” keçmək barədə xəbərdar edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Çinin xarici işlər naziri Qin Qanq bildirib ki, ölkə ABŞ-ın Tayvanla bağlı siyasətini qəbuledilməz hesab edir və onlara "qırmızı xətti" keçməmək barədə xəbərdarlıq edib. O, bu barədə ABŞ-ın Çindəki səfiri Nikolas Börnslə görüşdə bildirib .

Onun sözlərinə görə, ABŞ "Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına müdaxiləni dayandırmalıdır".

Bundan əvvəl ABŞ-ın sadələşdirilmiş sxem üzrə Tayvana 500 milyon dollar dəyərində silah ötürəcəyibarədə məlumat verilmişdi - bunun üçün ABŞ prezidentinin əvvəllər Ukraynaya tətbiq edilən fövqəladə səlahiyyətlərindən istifadə ediləcək .

Qeyd olunur ki, belə bir sxem üzrə silahların tədarükü prosesi sürətləndirməyə və müqavilələrin bağlanması və silah istehsalının gecikdirilməsinin qarşısını almağa imkan verir. Məlumata görə, ABŞ Konqresi Ağ Evə Tayvanı hərbi cəhətdən dəstəkləmək üçün 1 milyard dollara qədər vəsaitdən istifadə etmək səlahiyyəti verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31