Bu hal İrandakı rejim üçün ciddi siqnal olmalıdır - ÖZƏL

"İran-İngiltərə futbol qarşılaşmasında ölkələrindəki mitinqlərə dəstək olaraq iranlı futbolçuların himn oxumaması müsbət hal ola bilməz". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib ki, himn dövlət rəmzlərindəndir və vətəndaşları üçün istənilən halda ölkənin siyasi mənzərəsindən üstün olmalıdır:

"Ələxsusda əgər sən bütün dünyanın diqqətində olan futbol üzrə dünya çempionatında millini təmsil edirsənsə, himnini oxumamaqla ilk öncə geyindiyin milli formaya hörmətsizlik edirsən, təmsil etdiyin ölkəni dost və düşmən qarşısında rəzil durumda qoyursan. Bu hal İranda kı rejim üçün ciddi siqnal olmalıdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31