İran daxildə silahlı qarşıdurmaya cəlb edilə bilər - ÖZƏL
22 Noyabr 2022 13:00 Güney"İranda davam edən etiraz aksiyalarının növbəti mərhələdə silahlı qarşıdurmaya keçəcəyi istisna deyil. Tehran rejimi davam edən etiraz aksiyalarının qarşısını almaq üçün istənilən gücü tətbiq edərsə də müsbət nəticə verməsi gözlənilmir. İranda rejimin dəyişdirilməsi yeni geosiyasi nizamın tələbidir. Rusiyanın Ukraynada zəiflədilməsi və beynəlxalq güc iddialarından geri addım atması üçün strateji planın tərkib hissəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, İran Yaxın Şərqdə sabitsizliyin davam etməsində, regionda proiksi müharibənin aparılmasının bədəlini ödəyəcək. İsrail, ABŞ və Böyük Britaniya İran daxilində etirazların silahlı qarşıdurmaya çevrilməsi və nəticədə rejimin devrilməsi istiqamətində prosesləri aparacaq. İrana qarşı preventiv hərbi zərbələr mümkündür. İsrailin İranin hərbi obyektlərinə hava əməliyyatları keçirməsi üçün ilk növbədə ABŞ razılığı lazımdır. İsraillə ABŞ arasında intensiv danışıqlar gedir:
"İran artıq Qərbin hədəfindədir və rejimin dəyişdirilməsi bir nömrəli strateji prioritetdi. Əgər, İran daxilində silahlı qarşıdurma və bu ölkəyə qarşı hava əməliyyatları reallaşarsa, Güney Azərbaycanla bağlı planımız olmalıdır. Qərb İranın parçalanmasına deyil, rejimin devrilməsini hədəfləyib. İranı federallaşdirilmasi da planda yer alır. Burada Güney Azərbaycan üçün müsbət və risklər dəyərləndirilməli, ona uyğun olaraq idarə edilməlidir. Növbəti ildən İran açıq hədəfdə olacaq. İsraillə Azərbaycan arasında hərbi müstəvidə ciddi yaxinlaşma var. Çünki İran Azərbaycanı hədəf seçib. Və müdafiə imkanlarımızı yüksək səviyyədə saxlanılmalıdır. İran daxilində kürd və belluclar vasitəsilə silahlı qarşıdurmaya gedilə bilər. Hətta Taliban Əfqanıstani İranın sərhədləri daxilinə hücumu mümkündür".