Daha bir məşhur aktrisa HƏBS EDİLDİ - FOTO
21 Noyabr 2022 22:49 Güneyİranın daha bir məşhur aktrisası ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdiyi və açıq şəkildə hicabını çıxardığı üçün həbs olunub.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Ketayun Riahi sosial şəbəkələrdə "təxribat xarakterli" paylaşımlar etdiyi üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunub.
Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur "Həzrəti Yusif" serialında Züleyxa obrazını canlandırıb.
Qeyd edək ki, bundan öncə daha bir məşhur aktrisa - Hengame Qazianini həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31