SEPAH-ın kəşfiyyatının zabiti öldürülüb
18 Noyabr 2022 22:05 Güneyİranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin zabiti cümə günü İslam Respublikasının qərbindəki Kirmanşah əyalətində baş verən hücumda öldürülüb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sahne şəhərinin administrasiyasının başçısına istinadən "IRNA" agentliyi məlumat yayıb.
Şəhər administrasiyasının başçısının sözlərinə görə, cümə günü axşam saatlarında bir neçə etirazçı təhlükəsizlik qüvvələrinə hücum edib. İnsident nəticəsində SPEAH-ın kəşfiyyat xidmətinin zabiti həlak olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənləri həbs ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31