İranda kəskin sel daşqınları bir neçə can aldı
27 İyul 2022 11:09 Güneyİranın Kerman və Sistan-Bəluçistan əyalətlərinin müxtəlif şəhərlərində baş verən güclü yağış və sel daşqınları nəticəsində azı 3 nəfər həyatını itirib, 8 yaşlı bir qız isə itkin düşüb.
Olaylar.az xəbər verir ki, ölkənin digər 7 əyalətində xilasedicilər kəskin yağıntı və sel daşqınlarına qarşı hazır vəziyyətə gətirilib.
Sistan-Bəluçistan Əyalətinin Böhranın İdarə Edilməsi Mərkəzinin rəisi Əlirza Şəhrəki bildirib ki, ölənlərdən ikisi Zahidan şəhərində yolların daşqınlar nəticəsində bağlanması və elektrik vurması nəticəsində, 3-cü şəxs isə yollarda xidməti vəzifəsini yerinə yetirərkən həyatını itirib.
mənbə: Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31