İranda avtobus aşdı - 22 nəfər yaralanıb

İranın Yəzd şəhərinin Əbərkoh bölgəsində avtobusun aşması nəticəsində 22 nəfər yaralanıb.

Olaylar.az bildirir ki, bu gün yerli vaxtla səhər saat 04:51-də Yəzd-Əbərkoh-Carkoyieh qovşağında sərnişin avtobusunun aşması ilə bağlı əyalətin Qızıl Aypara Əməliyyatlarına Nəzarət və Koordinasiya Mərkəzinə məlumat verilib.

Hadisə nəticəsində 22 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

mənbə: APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31