İran təyyarəsində nasazlıq yarandı

Tehran-Quançjou marşrutu üzrə uçan "MahanAir" aviaşirkətinə məxsus yük təyyarəsində texniki nasazlıq yaranıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, 0093 saylı Tehran-Quançjou reysi ilə uçan təyyarə geri qayıdaraq Tehranın İmam Xomeyni aeroportuna təhlükəsiz eniş edib.

Texniki nasazlıq təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra, ölkənin hava məkanını tərk etmədən ortaya çıxıb və komandir geri qayıtmaq haqqında qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31