İranda generalı qətlə yetirən şəxs edam olundu

İranda polis generalını qətlə yetirən şəxs edam olunub.

Olaylar.az  APA-ya istinadən bildirir ki, Şiraz şəhərində polis generalı Əli Əkbər Rəncbəri qətlə yetirən şəxs bu gün səhər edam edilib.

Fars əyalətinin prokuroru seyid Kazim Musəvi deyib ki, edam cinayətin törədildiyi yerdə baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00