İranda COVID-19-la bağlı son vəziyyət
6 Fevral 2022 19:29 Güneyİranda ötən sutka ərzində c nəfər koronavirusa (COVID-19) yoluxub, 85 nəfər ölüb.
Olaylar.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 132 830 nəfərə, yoluxanların sayı isə 6 579 266 nəfərə çatıb. Virus daşıyıcılarından 2 395 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 152 908 nəfər koronavirusdan sağalıb, 45,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 135 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 19,6 milyon təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31