İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır
5 Fevral 2022 23:22 GüneyTehran nəticə əldə olunana qədər Ər-Riyadla danışıqlar prosesini davam etdirməyə hazırdır.
Olaylar.az bildirir ki, bunu İran Prezidenti İbrahim Rəisi İraqın baş naziri Mustafa əl-Kazımi ilə telefon danışığı zamanı deyib.
"İran nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirmək niyyətindədir, lakin Səudiyyə Ərəbistanı buna qarşılıqlı anlaşma və hörmət mühitində hazır olmalıdır", - deyə İran Prezidenti bildirib.
Onun sözlərinə görə, xarici qüvvələr müdaxilə etməsə, regionun bütün problemləri həll etmək olar.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31