Gündəm

Peşə təhsili müəssisələrinə qəbul qaydaları dəyişdirildi - Röyal Yolçuzadə

10 Avqust 2020 13:55

Ötən illər ərzində Peşə təhsili müəssisələrinə qəbul ASAN xidmət mərkəzləri tərəfindən həyata keçirilirdisə, bu il qaydalar dəyişdirilib. Olaylar.az bildirir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin Baş məsləhətçisi Röyal Yolçuzadə peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.

Peşə təhsili müəssisələrinə qəbul onlayn qaydada həyata keçiriləcək - Açıqlama

10 Avqust 2020 13:41

Avqustun 10-dan etibarən peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu başlanılır. İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər.

Bu il ötən ilə nisbətən tələbə qəbulu daha çoxdur

10 Avqust 2020 13:39

“Bu il Sumqayıt Kimya Sənaye Fabrikində yeni peşə təhsili müəssisəsinin açılışı planlaşdırılır: "Həmçinin Gəncə və Cəlilabadda yeni emalatxanalar qurulur. Bu sahədə işlərimiz davam edir. Növbəti illərdə həm dövlət vəsaiti hesabına, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində yeni ixtisasların açılması nəzərdə tutulur”.

Peşə məktəblərinə qəbul prosesində hər namizədə 5 ixtisas seçmək imkanı yaradılacaq

10 Avqust 2020 13:26

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Olaylar.az bildirir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

Peşə təhsili müəssisələrində 18270 yer açıq olacaq – Pərviz Yusifov

10 Avqust 2020 13:24

“2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq. Peşə təhsili müəssisələrində 18270 yer açıq olacaq. Bunlardan 11 mini dövlət sifarişli yerlərdir.” Olaylar.az bildirir ki, bu haqda məlumatı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.

Ulduz falı - 8 avqust

8 Avqust 2020 09:27