Gündəm
Əcnəbilərin sayı 31 068 nəfər təşkil edir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi cari ilin yanvar-iyun aylarında da davam etdirilib. Hesabat dövründə 3205 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb.
Azərbaycanda dini tolerantlıq və multikulturalizmlə bağlı tədbir keçiriləcək
YARAT Müasir İncəsənət Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə multikulturalizm ili çərçivəsində 15 iyul saat 11:00-da, Yarat Müasir İncəsənət Mərkəzində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal prespektivləri” adlı tədbir keçirməyi planlaşdırır.
Ödəmə vaxtı ötmüş kreditlərin məbləği açıqlanıb
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib.
Büdcənin icrasında 687,7 mln. manatlıq kəsir yaranıb
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6 mlrd. 133,8 mln. manat vəsait daxil olub.
Tehranda nişan mərasimində 3 azərbaycanlı TUTULDU
Azərbaycanda “Həyat Sözü” Kilsəsinin üzvləri Yusif Fərhadov, Eldar Qurbanov və Bəhram Nəsibovun İranda həbs edildiyi bildirilir.
İŞİD lideri Şişaninin ölümü TƏSDİQLƏNDİ
“İslam dövləti” (İŞİD) terror təşkilatının liderlərindən biri, Əbu Ömər əş-Şişani ləqəbi ilə tanınan Gürcüstan vətəndaşı Tarxan Batiraşvilinin öldürülüb.
Sorğu: Turistlər ölkəmizdə nəyi bəyənir?
Cari ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ASAN könüllüləri ilə birgə Bakı şəhərində turistlərin daha çox olduğu İçəri Şəhərdə (Qoşa Qala qapısının qarşısındakı meydanda) və Nizami küçəsində qısa sosioloji sorğu keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sorğuda 3 saat müddətində 247 nəfər turist iştirak etmişdir və təqdim edilmiş suallar müvafiq qaydada cavablandırılıb.
“Gənclik” metrosunda sərgi açılacaq
“Bakı Metropoliteni” metro stansiyalarında ənənəvi olaraq sərgi təşkil edir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, növbəti belə sərgi iyulun 15-də baş tutacaq.
Xirosimada “Nabat” sədası
Bu il Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar Yaponiyada keçirilən anım tədbirləri sırasına film nümayişi əlavə olunub. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Müharibə və sülh” adlı xüsusi beynəlxalq proqrama müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunmuş altı film dəvət alıb.
Ermənilər 19 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə analitik səlahiyyətlər verildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Esra Erolun proqramının "bəy"i həbs olundu
2014-cü ildə Esra Erolun aparıcılıq etdiyi evlilik proqramına qatılan Serkan E. həbs olunub
Azərbaycanda biznes mühitini daha da yaxşılaşdırmaq üçün Komissiya yaradıldı (SİYAHI)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanın böyük metallurgiya müəssisəsi özəlləşdirilir
Prezident İlham Əliyev Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Allergiyanın ən təbii müalicəsi: dəniz suyu və günəş
Dəniz suyunun şəfası, bir çox xəstəliyə yaxşı təsir etdiyi məlumdur. Mütəxəssislər bildirir ki, astma, allergik rinit, atopik dermatit kimi xəstəliklərin ən yaxşı və təbii müalicəsi dəniz suyu və günəşdir. Uşaqlar üçün, xüsusilə də, allergiyadan əziyyət çəkən balacalar üçün dəniz tətili müalicə baxımından çox əhəmiyyətlidir. Aile.lent.az türkiyəli allerqoloq Akgül Akpınarlının dəniz suyu müalicəsi ilə bağlı fikirlərini təqdim edir.













