“Gənclik” metrosunda sərgi açılacaq
“Bakı Metropoliteni” metro stansiyalarında ənənəvi olaraq sərgi təşkil edir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, növbəti belə sərgi iyulun 15-də baş tutacaq.
14 İyul 2016 11:35 Sosial"Bakı Metropoliteni" metro stansiyalarında ənənəvi olaraq sərgi təşkil edir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, növbəti belə sərgi iyulun 15-də baş tutacaq. Səhmdar Cəmiyyətin təşkil edəcəyi sərginin bu dəfəki ünvanı metronun "Gənclik" stansiyasıdır. Saat 11-də baş tutacaq sərgi "Gənclik" stansiyasının köhnə mehmanxana tərəfdə olan keçidində reallaşdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00