Ödəmə vaxtı ötmüş kreditlərin məbləği açıqlanıb
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib.
14 İyul 2016 11:52 SosialMərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib. "Olaylar" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 14306,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il iyun ayının 1-i ilə müqayisədə 11,1 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7566,0 milyon manatdır.