Gündəm

Fevral ayına olan hava proqnozu

31 Yanvar 2017 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

WhatsApp-dan 2 MÖHTƏŞƏM YENİLİK

31 Yanvar 2017 12:37

WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları sızdırılıb. Bundan sonra messencerdəki qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq.

72 yaşlı sufi Nurcahanı "cadugər" adlandırıb doğradılar

31 Yanvar 2017 12:36

72 yaşlı, psixi sapıntıları olan, əqli cəhətdən zəif qadın vəhşicəsinə öldürülüb. Onun başını "Allahu-əkbər!" sədaları altında kəsiblər. Səbəb isə bu yaşlı qadının "cadugərlik"də suçlanması, "bəxt bağlamaq"da şübhəli bilinməsi olub.

CNN-in Facebook səhifələri DAĞIDILDI

31 Yanvar 2017 12:34

OurMine haker qruplaşmasının üzvləri CNN kanalının Facebook səhifələrini hak ediblər.

Ermənilər xofda

31 Yanvar 2017 12:27

Bu günlərdə bütün ölkə əhalisinin müzakirə etdiyi bir nömrəli mövzu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı imzalamış olduğu məlum sərəncamdır. Dövlət başçısının imzaladığı sərəncama əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və orada yenidənqurma işlərinin aparılması məqsədilə ilkin olaraq 4 milyon manat vəsait ayrılıb. Bərpa prosesi çərçivəsində ilk mərhələdə kənddə 50 yaşayış evi, orta məktəb, səhiyyə binası, eləcə də digər zəruri iaşə obyektlərinin yaradılması nəzərdə tutulur.

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib

31 Yanvar 2017 12:24

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

Müəllimlər üçün seminar keçirilib

31 Yanvar 2017 12:25

Müəllimləri üçün seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin 25 fiziki tərbiyə müəllimi və Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası Azərbaycanda ilk dəfə voleybol üzrə keçirilən seminarda iştirak edib.

Millət vəkili: “Ermənilərdə özlərinə və öz dövlətlərinə əminlik yoxdur” 

31 Yanvar 2017 12:22

“Prezident İlham Əliyevin 1994-cü ildə erməni işğalından, 2016-ci ilin aprelində isə Lələ Təpənin geri qaytarılması ilə onlardan gələ biləcək təhlükədən azad edilən Cocuq Mərcanlı kəndində yeni evlərin və məktəbin tikilməsi ilə bağlı verdiyi Sərancam aydındır ki, Azərbaycan dövlətinin qətiyyətini, özünə əminliyini və prosesin başladıldığını göstərir. Onun adı qayıdış prosesidir”. Bunu millət vəkili Sahib Alıyev deyib.

Həmsədr: “Dekabrın sonunda baş vermiş toqquşma Qarabağ danışıqlarının vacibliyini bir daha göstərir”

31 Yanvar 2017 12:20

“Dekabrın sonunda baş vermiş toqquşma və faciəvi insan itkiləri bir daha Qarabağ danışıqlarının vacibliyini göstərir”.

“Ulduz” jurnalının yanvar sayı çapdan çıxdı

31 Yanvar 2017 12:10

Nəşrin bu sayı filologiya elmləri doktoru Abid Tahirlinin “Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin sorağında...” sərlövhəli ekspert yazısı ilə açılır. Müəllif 50 yaşını qeyd edən “Ulduz”un profilinə nəzər salır, onun yarım əsr ərzində ədəbiyyat üçün gördüyü işlərə münasibət bildirir.

Budəfəki iclasda FED uçot dərəcəsini artırmayacaq - PPOQNOZ

31 Yanvar 2017 12:08

Sabah başa çatacaq Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) ikigünlük iclasının yekununda uçot dərəcəsi dəyişməz olaraq 0,75% səviyyəsində qalacaq. Təbii ki, diqqətlər iclası yekunlarına dair bəyanata və FED rəhbəri Canet Yellenin gələn həftəyə planlaşdırılan çıxışına yönələcək. Məhz bundan sonra investorlar FED-in mart ayı üçün nəzərdə tutulan iclası barədə fikirlərini yəqinləşdirə biləcəklər. Hesab edirəm ki, FED uçot dərəcəsini məhz cari ilin II rübündə artıracaq. Hərçənd dollarının məzənnəsinin dinamikası cari ilin I yarısında əlverişli olaraq qalmalıdır.

Məscidə hücum edənə qarşı ittiham irəli sürüldü

31 Yanvar 2017 12:06

Kanadanın Kvebek şəhərində məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb. 27 yaşlı Aleksandr Bisonet qəsdən adam öldürməkdə təqsirli bilinir. Hazırda hüquq-mühafizə orqanları A. Bisonetə qarşı terrorçuluq  daxil olmaqla, digər ittihamların da irəli sürülməsi məqsədi ilə müvafiq tədbirlər görür.

"Reina" terrorçusunun oğlunun harada olduğu bilindi

31 Yanvar 2017 12:04

İstanbuldakı "Reina" klubunda qətliam törədən terrorçu Abdulqadir Maşaripovun oğlunun harada olduğu məlum olub. Uşaq hələ də İŞİD-in əlindədir.

İstanbulda bina çökdü

31 Yanvar 2017 12:02

İstanbulun Beyoğlu rayonunda 3 mərtəbəli bina çöküb. Hadisə nəricəsində binanın yanından keçən iki nəfər yüngül xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Məlumata görə, bir neçə insan çökən binanın altında qalmaqdan son anda canını qurtarıb. Bina boş olub. Apa.az

Dilqəmdən ürək ağrıdan məktub: "Vəziyyətim pisdir"

31 Yanvar 2017 12:01

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib. Bu barədə girovun qardaşı Sahib Musayev məlumat verib. Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər var.