Müəllimlər üçün seminar keçirilib

Müəllimləri üçün seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin 25 fiziki tərbiyə müəllimi və Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası Azərbaycanda ilk dəfə voleybol üzrə keçirilən seminarda iştirak edib.

"OLAYLAR"-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin 25 fiziki tərbiyə müəllimi və Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası Azərbaycanda ilk dəfə voleybol üzrə keçirilən seminarda iştirak edib. Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə razılığına əsasən, 4 mərhələdən ibarət olan seminarı Avropa Voleybol Konfederasiyasının CEV İnkişaf Mərkəzinin meneceri Vuk Karanoviç və məşqçi instruktor Papa Georgeous keçirib. Seminarın sonuncu mərhələsinin sentyabr ayında keçirilməsi nəzərdə tutulub. Seminar çərçivəsində Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov, seminarın ölkə üzrə rəhbəri Nərgiz İsmayılova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Valentina Sultanova iştirakçılarla görüşüblər. Görüş zamanı ölkəmizdə voleybol idman növünə marağın artdığı və bu sahə üzrə istedadlı idmançıların yetişdiyi barədə fikirlər səsləndirilib.

Qeyd edək ki, seminar iştirakçılarına müvafiq sertifikat təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31