CNN-in Facebook səhifələri DAĞIDILDI

OurMine haker qruplaşmasının üzvləri CNN kanalının Facebook səhifələrini hak ediblər.

OurMine haker qruplaşmasının üzvləri CNN kanalının Facebook səhifələrini hak ediblər.

Hakerlər, CNN International və CNN Politics səhifələrini ələ keçiriblər. Hakerlər həmin səhifələrdə öz loqolarını paylaşaraq ənənəvi ismarıclarını yerləşdiriblər.

"Salam. Bu OurMine-dır. Biz sizin təhlükəsizliyinizi yoxlayırıq. Məlumat almaq üçün bizimlə əlaqə saxlayın", - deyə ismarıcda qeyd olunub. Güman olunur ki, sözügedən haker qruplaşmasına 3 ərəb məktəbli daxildir. Yarım saatdan sonra Facebook-un adminləri CNN səhifələrini bərpa edərək hakerlərin ismarıclarını siliblər. Qeyd etmək lazımdır ki, sözügedən haker qruplaşması 23 yanvar tarixində The New York Times qəzetinin Twitter səhifəsini hak edərək orada Moskvanın ABŞ-a nüvə silahı ilə hücumu barəsində saxta xəbərlər paylaşmışdı. Müxtəlif zamanlarda isə OurMine Mark Zukerberqin, "Twitter"in yaradıcısı Cek Dorsinin və "Yahoo"nun prezidenti Marissa Mayerin səhifələrini hak edib. bu barədə Milli.Az technote.az-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31