Həmsədr: “Dekabrın sonunda baş vermiş toqquşma Qarabağ danışıqlarının vacibliyini bir daha göstərir”
“Dekabrın sonunda baş vermiş toqquşma və faciəvi insan itkiləri bir daha Qarabağ danışıqlarının vacibliyini göstərir”.
31 Yanvar 2017 12:20 Siyasət"Dekabrın sonunda baş vermiş toqquşma və faciəvi insan itkiləri bir daha Qarabağ danışıqlarının vacibliyini göstərir". "Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə, habelə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırırıq", - deyə o vurğulayıb. R. Hoqland qeyd edib ki, münaqişənin nizamlanması istiqamətində aparılan işin davam etdirilməsi regiona davamlı sülh gətirə bilər. APA-nın xəbərinə görə, bunu "news.am" saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31