Gündəm
İnsanlığa sığmayan VƏHŞİLİK: 38 günlük uşağı zorlayıb, öldürdülər
Türkiyədə daha bir iyrənc təcavüz hadisəsi qeydə alınıb. Ötən həftə Türkiyədə P.T. adlı qadın və iki kişi xəstəxanaya vəziyyəti ağır olan 38 günlük körpə gətiriblər. Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, körpənin sümükləri qırılıb, döyülüb və təcavüzə məruz qalıb.
Dəniz nəqliyyatında xərclər artırıldı
Nazirlər Kabineti "Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.
Qafqaz Universiteti ilə bağlı MÜHÜM QƏRAR verildi
Təhsil Nazirliyində növbədənkənar Kollegiya iclası keçirilib. Kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.
Səmərqənddə azərbaycanlı heykəltəraşın xatirə lövhəsi açılacaq
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında Səmərqənddə yaşayan tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin yaşadığı binaya onun xatirə lövhəsi vurulacaq. Xatirə lövhəsi AMM-nin sifarişi ilə hazırlanıb.
"Azəravtoyol"un texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib
Qarlı, şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib.
Azay Quliyev: “Vətəndaş və xalq diplomatiyasından fərqli olaraq Platformada dəqiq prinsiplər müəyyənləşdirilir”
Ermənistan-Azərbaycan Sülh Platforması” həm Ermənistan, həm də Azərbaycanın hüquq-müdafiə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən irəli sürülən çox unikal bir platformadır”.
Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib
Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də paytaxt yollarında ciddi tıxac müşahidə edilmir. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub.
Cəbhə xəttində 8 dəfə atəşkəs rejimi pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Qarlı hava ilə əlaqədar sürət həddi aşağı endirildi
Binə qəsəbəsindən Mərdəkana eyni zamanda Buzovna Zaqulba istiqamətində sürət həddi bütün zolaqlar üzrə enidirilərək 60 km/ saat müəyyən edilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir. Bir daha qeyd edirik Bakı Nəqliyyat Agentliyi paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.
Fuad Muradov seçiciləri ilə görüşüb
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə 30 seçici ilə görüşüb.
Eyfel qülləsinin işıqları söndü
Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları söndürülüb. Bu, Kanadanın Kvebek şəhərində məscidə hücum nəticəsində ölənlərin xatirəsini yad etmək üçün edilib.
"İsrailə getmək o qədər də asan deyil" - Yevda Abramov
Ötən ilin dekabrın 13-də İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri iki dövlət arasında diplomatik münasibətlərin yüksək səviyyədə olduğunu göstərdi.
Yük maşınını izdihamın üstünə sürdü: ölənlər var
ABŞ-da Kentukki ştatının Luisvill şəhərində yük maşını izdihamın içərisinə sürülüb, nəticədə iki nəfər həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu ölkədə burka qadağan olunacaq
Avstriyada ictimai yerlərdə bədəni tam örtən geyim - burkanın geyinilməsi qadağan ediləcək. Bu barədə ölkənin baş naziri və Sosial Demokrat Partiyasının lideri olan Kristian Kern bildirib.
Prezident İlham Əliyev Qətərin xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC



.jpg)










