"Azəravtoyol"un texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib
Qarlı, şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib.
31 Yanvar 2017 11:44 SosialQarlı, şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib. Bu barədə məlumat "OLAYLAR"-a Səhmdar Cəmiyyətdən daxil olub. Bildirilib ki, Bakıda və ölkə ərazisində problemli yollar nəzarətə götürülüb. Hər hansı problem olarsa, texnika və canlı qüvvə həmin ərazilərə cəlb olunacaq. Hazırda Bakıda və ölkə ərazisindəki bütün avtomobil yollarında avtomobillərin hərəkəti üçün problem yoxdur. Tədbirlərin görülməsinə baxmayaraq, təcrübəsiz və hazırlıqsız sürücülər yollara çıxmasınlar. Həmin avtomobillər və sürücülərə görə, digər hərəkət iştirakçıları da əziyyət çəkir, yollarda tıxaclar yaranır. Həmçinin, həmin sürücülərə görə, texnikalarımız problem müşahidə olunan ərazilərə vaxtında çata bilmir