Eyfel qülləsinin işıqları söndü

Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları söndürülüb. Bu, Kanadanın Kvebek şəhərində məscidə hücum nəticəsində ölənlərin xatirəsini yad etmək üçün edilib.

Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları söndürülüb. Bu, Kanadanın Kvebek şəhərində məscidə hücum nəticəsində ölənlərin xatirəsini yad etmək üçün edilib.

Məlumata görə, qüllədə işıqlar gecə saat 00:00-da söndürülüb.

Eyfel qülləsinin Twitter səhifəsində yerləşdirilimiş mikrobloqda hüzn və başsağlığı ifadə olunub.

Qeyd edək ki, Kanadanın Kvebek vilayətində məsciddə baş verən atışma nəticəsində 5 nəfər ölüb. Hadisə 3 silahlı şəxs tərəfindən dualar zamanı törədilib. Atışma zamanı məsciddə təxminən 40 nəfər olub. Polis əməkdaşları tərəfindən məsciddə baş verən atışma ilə bağlı iki şübhəli şəxs saxlanılıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31