Ermənilər xofda

Bu günlərdə bütün ölkə əhalisinin müzakirə etdiyi bir nömrəli mövzu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı imzalamış olduğu məlum sərəncamdır. Dövlət başçısının imzaladığı sərəncama əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və orada yenidənqurma işlərinin aparılması məqsədilə ilkin olaraq 4 milyon manat vəsait ayrılıb. Bərpa prosesi çərçivəsində ilk mərhələdə kənddə 50 yaşayış evi, orta məktəb, səhiyyə binası, eləcə də digər zəruri iaşə obyektlərinin yaradılması nəzərdə tutulur.

Cocuq Mərcanlı hadisəsi Böyük Qayıdışın startına çevriləcək

Bu günlərdə bütün ölkə əhalisinin müzakirə etdiyi bir nömrəli mövzu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı imzalamış olduğu məlum sərəncamdır. Dövlət başçısının imzaladığı sərəncama əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və orada yenidənqurma işlərinin aparılması məqsədilə ilkin olaraq 4 milyon manat vəsait ayrılıb. Bərpa prosesi çərçivəsində ilk mərhələdə kənddə 50 yaşayış evi, orta məktəb, səhiyyə binası, eləcə də digər zəruri iaşə obyektlərinin yaradılması nəzərdə tutulur.

Azərbaycan Prezidentinin imzaladığı həmin sərəncam təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda böyük marağa səbəb olub. Ölkə rəhbərliyinin ortaya qoyduğu siyasi iradə və qətiyyətli addım dünya birliyində, beynəlxalq təşkilat və qurumlarda bir daha o qənaəti formalaşdırıb ki, Azərbaycan heç bir zaman ərazilərinin işğal altında qalması faktı ilə barışmayacaqn və fürsət yarandıqca öz ərazi bütövlüyünü bərpa edərək işğaldan azad etdiyi ərazilərdə infrastruktur layihələri həyata keçirəcək. Cocuq Mərcanlı ilə bağlı imzalanmış sərəncam da bunun əyani sübutudur. Bu arada onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlət başçısının Cocuq Mərcanlı kəndində bərpa işlərinin aparılması ilə bağlı sərəncamı işğalçı Ermənistanda da diqqətlə izlənilib. Daha doğrusu Azərbaycan Prezidentinin məlum sərəncamı Ermənistanda ciddi ajiotaj yaradıb və təşvişə səbəbə olub. Aprel döyüşlərində Azəbaycanın, onun Silahlı Qüvvələrinin gücünü, potensialını görən ermənilər artıq anlamağa başlayıblar ki, Bakının səbri tükənib və bundan sonra işğalçıların nazı ilə oynamayacaq. Prezidentin son sərəncamını isə sadə ermənilər belə dəyərləndirirlər ki, bu Bakının Yerevana daha bir xəbərdarlığı, mesajıdır. Yəni, bu gün Cocuq Mərcanlının bərpa edilməsi ilə bağlı sərəncam imzalayan Azərbaycan Prezidenti İlham Əliyev bir müddət sonra Şuşa, Laçın, eləcə də digər işğal altında olan ərazilərimizlə bağlı anoloji addım atar. Bu amil öz-özlüyündə seçki ərəfəsində olan Ermənistanda daxili gərginliyin artacağını qaçılmaz edir. Erməni xalqının aprel seçkilərində hakim Respublika Partiyasına yox deyəcəyi artıq şübhəsizidir. Çünki ermənilər Sərkisyan hakimiyyətinı çıxmaq şərti ilə hələ heç bir iqtidarın dövründə ard-arda belə məyusluq yaşamamışdılar. Əgər aprel döyüşləri ermənilər üçün birinci sarsıdıcı zərbə idisə, Azərbaycan Prezientinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzalamış olduğu məlum sərəncam ikinci, özü də gözlənilməyən bir zərbə oldu.

Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam erməni cəmiyyəti üçün ağır zərbədir və işğalçılar bundan ciddi təşvişə düşüblər. O, bildirib ki, dövlət başçısının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və bu kəndin sakinlərinin geri qayıtmaları ilə bağlı imzaladığı sərəncam çox sevindiricidir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin məlum sərəncamı işğal altında olan digər ərazilərimizə də qayıdışa inam yaradan, ruh verən bir addımdır: "Bu addım bütün mənalarda müsbət haldır. Bununla təsdiq edirik ki, biz vətənimizi unutmamışıq, kənd-kənd, rayon-rayon olsa belə, bütün işğal altında olan ərazilərimizi, elə tarixi torpaqlarımızın hamısını ermənilərdən geri alacağıq. Bu torpaqlarda dağıdılmış, viran qoyulmuş kəndlərimizi bərpa etmək, həmin ərazilərdə infirastrukturları yenidən yüksək səviyyədə qurmaq üçün qüdrətimiz var. Ən əsası məcburi köçkünlər öz yurdlarına ruh cana qayıtdığı kimi qayıtmağa hazırdırlar". Ekspert deyib ki, bu hal ermənilərin xofa düşüb xar olmalarına da təsirini göstərməkdədir: "Həmçinin bütün dünyaya, xüsusilə Qarabağ məsələsi ilə bağlı vasitəçilik edən dövlətlərə tutarlı bir mesajdır. Ancaq bu addımdan eyforiyaya uymaq da olmaz. Bundan sonra daha da önəmli işlərlə məşğul olmalıyıq. Çünki, bu addımla biz Qarabağ məsələsində yeni bir mərhələyə qədəm qoyuruq. Biz Cocuq Mərcanlı kəndini bərpa etməzdən öncə bu kəndin sakinlərində olan fotoşəkillər əsasında onun işğaldan öncəki vəziyyətini və işğaldan sonra erməni vandallarının qısa müddətdə kəndi necə xarabalığa çevirdiklərini bütün dünyaya göstərməliyik. Bu addımı tək Cocuq Mərcanlı üçün yox, dağıdılmış bütün şəhər, qəsəbə, kəndlərimiz, bu ərazilərdə olan dağıdılmış tarixi abidələrimiz, qəbirstanlıqlarımız üçün də atılmalıdır. Həmin şəkil və görüntüləri dünyaya yaymalı. ermənilərn hansı şüura. düşüncəyə, faşist əxlaqına malik olmalarını dünyaya bildirməliyik. Ermənilərin Azərbaycan torpaqlarını zaman-zaman ələ keçirib adından tutmuş bütün çay, göl, yer-yurd adına qədər dəyişib erməniləşdirmələrini, Azərbaycanın mədəniyyətini tamam məhv etmələrini və bu torpaqların guya "qədim erməni" torpaqları olması yalanını bütün dünyada ifşa etməliyik. Bunun üçün hamı çalışmalı, çalışdıqca yorulmamalı, yenə çalışmalıyıq. Həmçinin Çocuq Mərcanlının bərpasından sonra şəhərtipli qəsəbəyə çevriləcək bu qəsəbəni müdafiə etmək üçün onun yaxın ətrafındakı bütün təpələri ələ keçirmək və yaxud bu təpələrin erməni qoşunlarından azad edilməsi üçün BMT-də məsələ qaldırmaq vacibdir. Bir sözlə Cocuq Mərcanlı hadisəsini biz böyük bir ruh yüksəkliyi ilə Qarabağa, Xankəndi, Şuşaya, Laçına Kəlbəcərə Böyük Qayıdışımızın startına çevirməli, ardını gətirməliyik". Rövşən Məmmədli bildirib ki,indi Azərbaycanın bu şüarları olmalıdır. Hər şey cəbhə üçün, hər şey işğal olunmuş ərazilərimizə, Xankəndinə, Şuşaya qayıtmaq üçün: "Hər şey xalqımızın maddi rifah halının yaxşılaşdırılması, hər şey Azərbaycan xalqının birliyi üçün".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31