Gündəm
Patriarxı sianidlə zəhərləyəcəkmiş
Gürcüstan Patriarxlığı mülki işlər üzrə xidmət idarəsinin başçısı Georgi Ata (Georgi Mamaladze) yüksək rütbəli din xadimini öldürməyə hazırlıqda ittiham olunur.
Aleksandr Lapşinin həyat yoldaşı İsrailin baş nazirinə müraciət edib
Aleksandr Lapşinin həyat yoldaşı Yekaterina İsrailin baş naziri Beynamin Netanyahuya ərinin işində kömək göstərilməsi ilə bağlı müraciət edib.
Azay Quliyev Milli Məclisdə Gürcüstanın Ədliyyə naziri və Fransanın Dövlət Naziri ilə görüşüb
Fevralın 10-da Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və deputat Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Fransanın Dövlət katibi Jan-VensenPlasen və Gürcüstanın ədliyyə naziri xanım TeaTsulukiani ilə görüşdülər.
Gürcüstan XİN: "Azərbaycan və Gürcüstan arasında yüksək siyasi dialoq mövcuddur"
Azərbaycan və Gürcüstan arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur. Bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinq zamanı deyib.
Türkiyədə Qazaxıstan və Ermənistan futbolçuları arasında kütləvi dava
Türkiyənin Antalya bölgəsində Qazaxıstanın "Kaysar" və Ermənistanın "Banants" futbol komandaları arasındakı yoxlama matçında kütləvi toqquşma baş verib.
Ziya Məmmədov işsiz qalmasından danışdı: “Heç bilmirəm nə olacaq...”
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov başçılıq etdiyi nazirliyin nəhayət ləğv olunmasına və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinə şərh verib. O, deyib ki, sərəncam ölkə başçısı tərəfindən imzalanıbsa, bunu yüksək qiymətləndirir: "Aidiyyatı üzrə icra olunmasını zəruri hesab edirəm”.
Daha bir yeni tikili sakinləri “Kütləvi çıxarış”dan faydalanıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 fevral tarixində keçirilən növbəti “Kütləvi çıxarış” kampaniyasından Sabunçu rayonunun, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ünvanında yerləşən 5 girişli “Bakıxanov Residence I” yaşayış kompleksinin 360 mənzilli binada yaşayan sakinlər faydalanıb.
Sərhədçilər yubiley tədbiri keçiriblər
Fevral ayının 11-də Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibəti ilə bayram tədbiri keçirilib. DSX-dan “Olaylar”a verilən məılumata görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iştirak etmişdir.
Yükdaşıma qiymətləri açıqlanıb
2016-cı ildə 2015-ci ilə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5 faiz bahalaşıb. Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,6 və 3,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6 faiz, dəniz nəqliyyatında 3,7 faiz, avtomobil nəqliyyatında 1,3 faiz bahalaşmış, ölkədaxili yükdaşıma qiymətləri sabit qalmışdır.
Kənd təsərrüfatı məhsulları bahalaşıb
2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,9 faiz ucuzlamış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 3,4 faiz bahalaşıb.
Ombudsman BMT QAK–la əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) zorakılıq əleyhiyə mübarizə üzrə 2016-cı ildən əməkdaşlıq edir və görülmüş işlər nəticəsində müsbət təcrübə əldə edilmişdir.
Yeni avtobus xətti açılıb
“Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyi (BNA)tərəfindən təhlillər aparılır. Qanunvericilikdə nəzərdə tutulan normativ aktların və standartların tələbləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən görülən təkmilləşdirmə işlərində vətəndaşlardan daxil olan yazılı və şifahi müraciətlər (şikayət, təklif) də nəzərə alınır.
Binəqədidə psixoloqlar üçün təlim keçirilib
Binəqədi rayon Gənclər evində Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda yerləşən orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının şagird həyatında rolu” mövzusunda psixoloji təlim keçirilib.
8 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, rayonun M.Hadi küçəsində 8 yaşlı Emin Ovçinnikov yaşadığı evin (7-ci mərtəbədən) pəncərəsindən yıxılaraq ölüb.Faktla bağlı araşdırma aparılır. .
Paytaxtda quldur saxlanıb
Quldurluqda şübhəli bilinən paytaxt sakini tutulub, daha bir nəfər isə müəyyən edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini Dmitri Sakalovun içərisində 2400 manat, açar və sənəd olan pul kisəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Ceyhun Bayramov tutulub, daha bir nəfər isə müəyyən edilib.














