Gündəm
Həccə gedəcək zəvvarların ziyarət xərcinin ödənməsi ilə bağlı yenilik edilib
Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət xərcələrinin ödənişi ilə bağlı yeniliklər tətbiq olunur.
Region sahibkarları ilə görüş keçirilib
Şəkidə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan yüzə yaxın sahibkarla görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalınən keçirdiyi görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək qeyri-neft sektorunun və sahibkarlığın inkişafının ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu deyib.
BNA müsabiqə elan edir
Bakı şəhərində ilk dəfə olaraq müntəzəm şəhərdaxili marşrut xəttinin müvəqqəti istismara verilməsi ilə bağlı müsabiqə elan edilib.
Fikrət Məmmədov gürcüstanlı həmkarı ilə görüşüb
Ədliyyə naziri Gikrət Məmmədov ölkəmizdə səfərdə olan Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir F.Məmmədov bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib, mötəbər beynəlxalq konfrans və forumlarda görüşlərini xatırladıb, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb.
25-ci “Hasarın o üzü”...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında “Hasarın o üzü” tamaşası 25-ci dəfə nümayiş olunacaq.
Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi – “Bəxtəvər”
Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan daha bir yeni layihəyə imza atıb. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrı ilə güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı birlikdə tamaşa hazırlayacaq. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridi. Qeyd edək ki, müştərək hazırlanacaq tamaşanın adı “Bəxtəvər”di.
Şahin Mustafayev Qırğızıstan səfiri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev Qırğızıstanın Azərbaycan Respublikasındakı səfiri Aycigit Buranovu qəbul edib. Bu barəd nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və Qırğızıstan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Görüşdə həmçinin, keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına və Azərbaycan-Qırğızıstan biznes-forumuna dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir
«Azərbaycanda regionların tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. Bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir». “
Nəqliyyat Nazirliyinin ləğvi struktur islahatlarının tərkib hissəsidir
“Nəqliyyat Nazirliyinin ləğvi gözlənilən idi. Son illər sözügedən ləğv edilmiş nazirliyin səlahiyyətləri mərhələli şəkildə müxtəlif dövlət qurumları arasında paylaşdırılmışdı. Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Digital İnfrastruktur formasında), Bolqarıstan, Masidoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal department formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar ilə fəaliyyət göstərirlər.
Əflatun Amaşov: "İnternet medianın sürətlə artan sayı qarşısında adekvat reaksiya xeyli çətindir"
Mətbuat Şurası hər zaman ənənəvi fəaliyyət istiqamətlərinə sadiqdir. Qurumun işində başlıca yeri şikayətlərin araşdırılması tutur. 2016-cı il də bu baxımdan fərqlənmir. Əlbəttə, müxtəlif istiqamətləri əhatə edən fəaliyyətimiz də olub.
IV Beynəlxalq multikulturalizm məktəbi Şəkidə
Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə başladığı 3 ilə yaxın müddət ərzində çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirir. Bu layihələrdən biri də mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridi.
"Düşmənin bütün mövqelərini darmadağın edərik" - General Aydəmirov
Düşmən tərəfi daim təxribatlara əl atır. Onlar hətta bir neçə dəfə ön xətti keçməyə cəhd ediblər və hamısında kəşfiyyat-diversiya qrupları məhv edilib. Bunu sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər erməni kəşfiyyat-diversiya qruplarının fəallaşmasına münasibət bildirərkən deyib.
9 nəfər qar uçqunu altında qaldı
Alp dağlarının Fransa ərazisində yerləşən hissəsində qar uçqunu baş verib.
Qriplə bağlı son statistika açıqlandı - 10 nəfərdə H3N2 virusu tapıldı
"Ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə, laborator müayinələrin aparılması üçün 334 nümunə daxil olub".
Azərbaycanda elektron medianın fəaliyyəti üçün hər cür şərait var
Azərbaycanda müstəqil mətbuatın formalaşması asad medianın inkişafına şərait yaradıb. Artıq ölkədə söz, fikir və plüralizm azadlığı ilə bağlı heç bir problem yoxdur. Üstəlik Azərbaycan bu sahədə islahatları davam etdirir, mətbuatin inkişafına, jurnalistlərin sosial problemlərinin həllinə qayğı ilə yanaşır.














