Gündəm

BMT - nin xoşməramlı səfiri təyin olundu

13 Oktyabr 2017 09:26

"Eurovision 2016" mahnı müsabiqəsinin ukraynalı qalibi Camalaya vəzifə verilib. Köləliyə qarşı mübarizə kampaniysında iştirak edəcəyi deyilən gənc müğənni Camala Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya komitəsinin xoşməramlı səfiri təyin edilib.

Daha bir ölkə YUNESKO-dan ayrılır

13 Oktyabr 2017 09:23

İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan çıxmasına dair göstəriş verib. Bu barədə məlumatı İsrail hökumətinin rəsmiləri  yayıb.

Seçkilərin 4-cü turu da nəticəsiz qaldı

13 Oktyabr 2017 09:21

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin 4-cü turu da nəticə verməyib. Namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb. Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq.

Növbəti sərgi kitablara həsr olunacaq

13 Oktyabr 2017 09:19

Oktyabrın 17-də Bakı Xətai Sənət Mərkəzində “Kitabların insan həyatında rolu” adlı rəsm sərgisi açılacaq. Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatı, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi,  Yazıçılar Birliyi,  Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgi “İslam Həmrəyliyi İli”nə həsr ediləcək. Sərgidə 100-dən çox fırça ustasının 150-dək sənət əsəri nümayiş ediləcək.

Rakitiçi ver, Marsialı al

12 Oktyabr 2017 20:10

"Barselona"nın futbolçusu İvan Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər. Xorvatiyalı yarımmüdafiəçi ilə "Mançester Yunayted" yaxından maraqlanır.  "Mankunianlar" Rakitiçi yayda heyətlərinə qatmağı planlaşdırırlar. Klub rəhbərliyi bu keçidin baş tutması üçün qarşı tərəflə oyunçu dəyişikliyi etməyə hazırdı. Belə ki, Premyer Liqa təmsilçisi Rakitiçin qarşılığında "Barselona"nın transfer gündəmində olan Anton Marsialı Kataloniyaya göndərməyə razıdı.  "Barselona" rəhbərliyi bu təklifə hələ münasibət bildirməyib.

ABŞ öz hökmranlığı üçün... - Dünya 100 il əvvələ QAYIDIR

12 Oktyabr 2017 20:00

Rusiya və ABŞ-ın münasibətləri bu gün o qədər aşağı səviyyəyə enib ki, çoxlar yeni Karib böhranı haqqında danışmağa başlayıblar. Bu fikirlər “Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin təşkil etdiyi “Karib böhranı və müasir reallıqlar” dəyirmi masasında ifadə edilib.

200 dollarlıq avtonom işləyən virtual reallıq şlemi təqdim ediləcək

12 Oktyabr 2017 19:50

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Oculus” şirkəti kompüterə qoşulma və ya smartfondan istifadə tələb etməyən yeni virtual reallıq şlemini təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat dərc edilib.

"İndi yoldaşlığımız yoxdur" - Elməddin Raminin getməyindən gileyləndi

12 Oktyabr 2017 19:46

Aktyor Elməddin Cəfərov işbirliyinə son qoyduğu rejissor Ramin Hacıyevdən danışıb. Aktyor "Kulis" verilişində Ramindən incidiyini etiraf edib.  Elməddin bildirib ki, rejissor ona deməmiş gizlin "Xəzər" telekanalına işə düzəlib: "Raminlə biz həm dost, həm də yoldaş idik. İndi yoldaşlığımız yoxdur, başqa şirkətdə çalışır.

9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü

12 Oktyabr 2017 19:41

İngiltərədə 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqu yeyib. Qəflətən uşağın vəziyyəti pisləşib və dünyasını dəyişib. Hadisə Londonun şimalındakı Harrou rayonunda baş verib. 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqdan bir dilim yeyib və halı pisləşib. Uşağı təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. 5 gündən sonra isə Nainika dünyasını dəyişib.

“Microsoft Outlook” proqramında aşkar edilmiş boşluq məlumat itkisinə səbəb olur

12 Oktyabr 2017 19:32

“Microsoft Outlook” proqramı vasitəsilə göndərilmiş və “S/MIME” standartı üzrə şifrlənmiş elektron məktubların tərkibi poçt müştərisindəki boşluq səbəbindən təhlükə altındadır. “SEC Consult” şirkətinin təhlükəsizlik mütəxəssisləri cari ilin oktyabrında sözügedən boşluğu aşkar ediblər.

Kvant hesablamalar sahəsində böyük irəliləyişə nail olunub

12 Oktyabr 2017 19:27

“Intel” şirkəti kvant hesablamalarının reallaşdırılmasına böyük töhfə verərək materialşünaslıq və istehsal prosesləri üzrə qabaqcıl üsulların tətbiqi ilə hazırlanan yüksək ötürücülüyə malik çip təqdim edib.

“Amazon” şirkəti sukeçirməz bukrider təqdim edib

12 Oktyabr 2017 19:21

“Amazon” şirkəti “Kindle” seriyasının 10 illiyi münasibətilə ilk sukeçirməz bukriderini təqdim edib. “Kindle Oasis” adlı yeni qurğu “IPX8” müdafiə sisteminə malikdir ki, bu da qurğunu 1 metr dərinliyində suda 30 dəqiqə saxlamağa imkan verir.

Portretlərin canlandırılması üçün alqoritm yaradılıb

12 Oktyabr 2017 19:17

Tel-Əviv Universitetindən olan alimlər qrupu ilə “Facebook” sosial şəbəkəsinin nümayəndələri tərəfindən hazırlanmış alqoritm şəkil və insan portretlərini canlandırmağa imkan verir.

“OUKITEL K8000” smartfonu böyük akkumulyator tutumu ilə təchiz ediləcək

12 Oktyabr 2017 19:11

“OUKITEL” şirkəti smartfon üçün 10 min milliamper/saat tutumunun çox olması qərarına gələrək “К10000” modelinin buraxılışından sonra nisbətən az tutuma malik qurğu buraxmağa hazırlaşır. Belə ki, “OUKITEL К8000” adlanacaq yeni smartfonun akkumulyator tutumu 8 min milliamper/saat təşkil edəcək.

Yeni “Honor WaterPlay” planşeti sukeçirməz olacaq

12 Oktyabr 2017 19:05

"Honor" şirkəti "WaterPlay" planşet kompüterini təqdim edib. Modelin əsas xüsusiyyətlərindən biri onun suyadavamlı olmasındadır. Qurğu "IP67" standartına uyğun hazırlanıb ki, bu da hətta 1 metrədək suyun dərinliyində yarım saatdan çox qaldıqdan sonra işləmək imkanına zəmanət verir. Lakin 10,1 düym diaqonallı planşetin müsbət cəhətləri bununla məhdudlaşmır. Məsələn, qurğu, həmçinin fərdi məlumatların mühafizəsi üçün barmaq izi skaneri ilə təchiz edilib.