Gündəm
25 minə yaxın qadının öldüyü açıqlandı
Suriyada 2011-ci ilin martından başlayan vətəndaş müharibəsi nəticəsində 24 min 746 qadın ölüb. Bu, bu gün Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Təşkilatının açıqladığı hesabatda əksini tapıb. Öldürülənlərin 11,5 mini uşaq və yeniyetmə qızlar olub.
Osmanlı sultanının qızı onu niyə sevmədi? - Atatürk haqda bilmədiklərimiz
Türkiyə Cümhuriyyətinin tarixində mühüm rol oynayan Mustafa Kamal Atatürkü tanımayan insan demək olar ki, yoxdur. Ancaq əksəriyyəti bəlkə də təqdim edəcəyimiz məlumatlardan xəbərsizdir... Beləliklə, Atatürk haqda bilmədiklərimiz...
Xalq Rəssamı Səttar Bəhlulzadəyə məxsus yeni əsərlər və sənədlər tapılıb
Xalq Rəssamı Səttar Bəhlulzadənin indiyədək tədqiqatçılara məlum olmayan əsərləri, sənədləri və fotoları tapılıb. Şəxsi kolleksiyada saxlanılan bu nümunələr görkəmli fırça ustasının irsini öyrənənlər üçün əsl töhfədir. Kolleksiyada Xalq Rəssamının əski əlifbada yazdığı yol qeydləri, məktubları, tərcümeyi-halı və digər sənədlər də var. Bunların arasında ən çox diqqəti cəlb edən sənətkarın iki unikal rəsm əsəridir.
Viktoriya Bekhem özünü sosial mediada biabır etdi - FOTO
Viktoriya Bekhem hinduşka geyimi ilə sosial mediada gündəm olub. Bekhem hinduşkanın tüklərini xatırladan geyim geyinib.
Boksçu döyüş zamanı aldığı zərbədən öldü
Salvadorlu boksçu Fransisko Ruis həmyerlisi Rikardo Korteslə döyüş zamanı aldığı zədədən dünyasını dəyişib. Noyabrın 18-də Salvador Peşəkar Boks Federasiyasının təşkil etdiyi titul uğrunda döyüşün 8-ci raundunda aldığı zərbədən nokaut olan F.Ruisin başı yerə çırpılıb. O, dərhal xəstəxanaya çatırılıb və beyin əməliyyatı keçirdikdən sonra komaya düşüb.
Atəşkəs 145 dəfə pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 145 dəfə pozub. Olaylar.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İŞİD-in mövqelərinə zərbə endirildi
Rusiya Hava-Kosmik Qüvvələrinin “Tu-22M3” tipli 6 bombardmançı təyyarəsi Suriyanın Əl-İşara yaşayış ərazisində İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Ruhani: “İran terrorçuluqla mübarizədə Suriyanı dəstəkləyəcək”
İran prezidenti Həsən Ruhani və Suriya lideri Bəşər Əsədarasında telefon danışığı olub. Danışıq zamanı H.Ruhani terrorçuluqla mübarizədə İranın hər zamanı Suriyanı dəstəkləyəcəyini bildirib. “İran Ruhani terrorçuluqla mübarizədə həmişə Suriya xalqı və hökuməti ilə yanında olacaq. Tehran Suriyanın bərpasında fəal iştirak etməyə hazırdır””, – deyə H.Ruhani
Bu gün Tbilisidə Uşaq “Avroviziya”sı keçiriləcək
Bu gün Tbilisi İdman Sarayında “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017” keçiriləcək. Sayca 15-ci beynəlxalq mahnı müsabiqəsi Gürcüstanda ilk dəfə keçiriləcək. Müsabiqə “Parlaq işıqlan” sloqanı ilə keçirilir. Qeyd edək ki, 2016-cı ildə Uşaq “Avroviziya”sının qalibi “Günəş mahnısı ilə Gürcüstandan 10 yaşlı Məryəm Mamadaşvili olub.
Azərbaycan 4 ölkə ilə nəqliyyat dəhlizi yaradır
Türkmənistan Məclisi noyabrın 25-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lyapis lazur” nəqliyyat dəhlizinin yaradılması barədə sazişi ratifikasiya edib. Saziş noyabrın ortalarında Aşqabadda Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə XİN-in yüksək vəzifəli şəxsləri səviyyəsində imzalanıb. İmzalama mərasimi Əfqanıstan üzrə VII İqtisadi əməkdaşlıq regional konfransı çərçivəsində baş tutub.
Çanaqqala zəfərində iştirak etmiş azərbaycanlıların xatirəsinə abidə ucaldılacaq
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çanaqqala vilayətinin rəhbər şəxsləri və Onsəkkiz Mart Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Xəzər İbrahim əvvəlcə Çanaqqala şəhidliyi kompleksində olub, şəhidlərin xatirəsini yad edib. Çanaqqala döyüşlərində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılacaq abidənin yerinin müəyyən edilməsi üçün təklif olunan yerlərə baxış keçirilib.
Polislə aksiyaçılar arasında toqquşma
Pakistanın paytaxtı İslamabadda polislə aksiyaçılar arasında toqquşmalar zamanı 1 nəfər həlak olub, 130 nəfər xəsarət alıb. Aksiyaya səbəb hakimiyyət orqanlarının seçki haqqında qanuna ziddiyyətli düzəliş etməsi olub. Aksiyaçıların dağıdılması üçün 8 min polis əməkdaşından istifadə edilib. Polis aksiyaçılara qarşı yüksək təzyiqli su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Buna cavab olaraq aksiyaçılar polisləri daşa basıblar. Nəticədə 1 polis əməkdaşı başından xəsarət alaraq ölüb.
Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək
2019-cu ildə Bakı şəhərinin Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb. Memorandum Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyası çərçivəsində Avropa Olimpiya Komitəsinin prezidenti Janez Kocijančič, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə arasında imzalanıb.
Binəqədidə bu yolda təmir başlayır - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal Paşayev küçəsində sabahdan yenidənqurma işlərinə başlanılacaq. “Azəravtoyol”ASC-dən verilən məlumata görə, işlərə ilkin olaraq yol ayrıcında (yolun ortasında) yerləşən yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi ilə başlanılır.
Tale Heydərov: "Qəbələ”də maliyyə problemi yoxdur” - MÜSAHİBƏ
"Qəbələ" klubunun prezidenti Tale Heydərov səfərdə "Kəpəz"i 6:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik: - Belə nəticəni gözləmirdik. Çünki ilk dövrədə Qəbələdə "Kəpəz"ə 0:2 hesabı ilə uduzmuşduq. Rəqib hazırda sonuncu yerdə olsa da, bugünkü görüş bizim üçün çox vacib idi. Futbolçularımız yaxşı çıxış etdilər və gözəl qələbə əldə etdilər.














