Gündəm
ABŞ Suriyaya 20 tır silah göndərdi
ABŞ, Deyr-əz-Zor əməliyyatı çərçivəsində YPG-nin də daxilində yer alan Demokratik Suriya Qüvvələrinə (DSQ) ağır silahlar ilə zirehli Hummer avtomobilləri göndərib. DSQ rəsmisi, ABŞ-ın onlara ağır silah və zirehli maşınlar göndərdiyini bildirib. DSQ mənbələrindən verilən məlumatlara görə ABŞ, Deyr-əz-Zor əməliyyatı çərçivəsində Türkiyənin PKK-nın Suriya qolu kimi gördüyü YPG-nin də daxilində yer aldığı təşkilata ağır silah ilə zirehli texnika göndərməyə davam edir.
Britaniya "Skripal işi"nə görə KSQT-nin sessiyasını çağıracaq
Britaniya “Skripal işi”nə və Suriyada kimyəvi silahdan istifadəyə görə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) sessiyasını çağıracaq. Bu barədə ölkənin xarici işlər naziri Boris Conson bildirib.
TÜRKSOY Musiqili Teatrın solistinə təşəkkür etdi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un yaranmasının 25-ci ildönümü ilə əlaqədar Türk Dünyasının bir çox tanınmış opera ulduzları Qaziantepdə “I Beynəlxalq Opera və Balet Festivalı”nın açılış mərasimində, həmçinin, Qəhrəmanmaraş, Hatay və Adana şəhərlərində keçirilmiş silsilə konsert proqramlarında iştirak ediblər. Olaylar.az bildirir ki, Türkiyə, Qazaxıstan və Qırğısıtanın da qatıldığı festivalda ölkəmizi Musiqili Teatrın solisti, istedadlı aktrisa Eleonora Mustafayeva təmsil edib.
Ərdoğan BMT baş katibi ilə telefonla danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub. Söhbət zamanı Suriya və Fələstindəki vəziyyət müzakirə olunub. Tərəflər qeyd ediblər ki, Qəzza zolağında İsrailin fələstinlilərə qarşı hərəkətlərinə dünya ictimaiyyəti tərəfindən daha sərt reaksiya verilməlidir.
Mənzildə qadın meyiti tapıldı
Bakıda mənzildə 72 yaşlı qadının meyiti tapılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Əməkdar İncəsənət Xadiminövbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında
Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək. Olaylar.az bildirir ki, Beynəlxalq laboratoriya Rusiya Teatr Xadimləri İttifqaının Milli teatrlar kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə may ayının 18-dən 23-dək Sankt Peterburq keçiriləcək.
Virtual kosmos turizmi layihələri həyata keçiriləcək
İnsanların kosmosa turist səyahətinə göndərilməsi ilə bağlı aparılan işlər zaman-zaman dünya mətbuatında geniş yer alır. Lakin yüz minlərlə dollara başa gələn bu səyahətlərin məhdud potensialı var. VR (virtual reallıq) şirkətləri yaxın bir neçə ildə insanlara virtual kosmos turizmi vasitəsilə kosmosdan Yerin rəsmini canlı seyr etmək imkanı verəcək.
“Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransı
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib. Olaylar.az bildirir ki, ADU rəhbərliyi və konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək universitetin foyesində yerləşən büstü önünə tər-çiçəklər qoyublar. Konfransın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib.
ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib. Məlumata əsasən, sanksiya siyahısına 4 fiziki və 3 hüquqi şəxsin adı əlavə edilib.
Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Demokratik Respublikasının 100 illiyini elan edir
ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.
Avtomobil yolları ilə bağlı səlahiyyətlər Avtomobil Yolları Dövlət Agentliyinə verildi
Ləğv edilmiş Nəqliyyat Nazirliyinin avtomobil yolları ilə bağlı əsas səlahiyyətləri Avtomobil Yolları Dövlət Agentliyinə verilib. Nazirlər Kabineti bununla bağlı "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nda dəyişiklik edib.
Kubada sərnişin təyyarəsi qəzaya uğradı: 107 ölü - VİDEO (YENİLƏNDİ)
Kubanın paytaxtı Havana yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 107 nəfər ölüb. Bu barədə “Global Air” aviaşirkətinin “Tvitter” səhifəsində bildirilir.
Mehriban Əliyeva: “Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir”
“Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər”.
Astroloji proqnoz - 19 may
ABŞ Konqresi Qolan təpələrini İsrail ərazisi kimi tanıya bilər
ABŞ Konqresi Qolan təpələrinin İsrail tərəfindən ilhaqının tanınması məsələsinə baxacaq. İsrail KİV-ləri xəbər verir ki, məsələ ilə bağlı qətnamə layihəsi Konqresin Xarici işlər üzrə komitəsinə təqdim olunub. Sənədi Florida ş














