Ədəbiyyat
Daşkənddə Azərbaycan və özbək dillərində çap edilmiş şeirlər kitabının təqdimatı keçirilib
Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə “Extremum–press” nəşriyyatında çapdan çıxmış “Özbək şeir çələngi” (“Uzbek şeriyati qulçambari”) kitabının təqdimat mərasimi keçirilib.
“Özbək şeir çələngi” adlı kitab Daşkənddə təqdim olunub
Heydər Əliyev Mərkəzində “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimat mərasimi keçirilib.
Cümhuriyyətə aid daha bir kitab
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə daha bir dəyərli töhfə: filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı “XAN” nəşriyyatı tərəfindən çap olunub.
“Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiya çap olunub
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiyası işıq üzü görüb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti azərbaycanlı yazıçı Yunus Oğuzu mükafatlandırdı
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən “Olaylar”a verilən məlumata görə azərbaycanlı yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Qafar Əliyevin "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabı qırğız dilində çap edilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümimmilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabı Qırğızıstanda nəşr edilib.
“Kaspi nəşrləri” seriyasından iki yeni kitab təqdim edildi
İyunun 1 – də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçirilib.
“Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabı çap olunub
“Qanun” nəşriyyatında tarixçi-jurnalist, BDU-nun müəllimi Nəsiman Yaqublunun müəllifi olduğu “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabı çap olunub.
Yazıçımız 38 ölkəni qabaqlayaraq qızıl medalı qazandı
Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LİFFt festivallar festivalında, Rusiya Federasiyasının Soçi şəhərində bu il ilk dəfə Azərbaycanı 38 ölkə arasında tanınmış yazıçımız Varis təmsil edib.
AXC-nin qəbul etdiyi hüquqi aktlarla bağlı kitab çap olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı kitabı nəşr edilib.
Yad kişi şübhəsi və hamilə qızın... - Lənkəranda ərdən 27 illik arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL
Lənkəran rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Rüfət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Rüfət Əliyevlə həyat yoldaşı Maygül Əliyevanın arasında tez-tez mübahisə yaranıb. Mübahisənin baş verməsinə səbəb Rüfət Əliyevin işləməməsi olub.
Yunus Oğuzun “Ovçu” romanı Aprel döyüşlərinin tarixidir
Aprelin 6-da Atatürk Mərkəzində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Ovçu” romanının təqdimatı keçirilib. Geniş ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov qeyd edib ki, istedadlı yazar Yunus Oğuz indiyə qədər əsərlərində daha çox tarixdən yazıb. Məlum olduğu kimi onun çoxlu tarixi romanları var: “Atabəylər” “Nadir şah”, “Əmir Teymur” , “Təhmasib Şah” kimi tarixi romanların müəllifidir.
Xalq şairi Nəriman Həsənzadənin yeni kitabı işıq üzü görüb
“Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, şair-dramaturq Nəriman Həsənzadənin “Dostlar məni gözləyir” adlı yeni kitabı 408 səhifə həcmində 100 tirajla işıq üzü görüb.

.jpg)








.jpg)



