Ədəbiyyat

Yusif Vəzir Çəmənzəminlinin yeni kitabı işıq üzü görüb

27 Mart 2018 11:35

“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsindəki ilk səfiri, görkəmli dövlət xadimi, istedadlı yazıçı Yusif Vəzir Çəmənzəminlinin “Cənnətin qəbzi” adlı yeni kitabı 156 səhifə həcmində 100 tirajla işıq üzü görüb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı zəngin ədəbi irsindən hekayə, nağıl və publisistik nümunələr daxil edilib.

Yunus Oğuzun imza günü...

2 Mart 2018 18:22

Martın 2- də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirilən “İmzalı görüş” layihəsi üzrə “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin baş redaktoru, yazıçı – publisist Yunus Oğuzla gənclərin görüşü keçirilib.

Aprel döyüşlərinin ilk romanı – “Ovçu”

8 Fevral 2018 13:15

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun daha bir romanı işıq üzü görüb. Müəllifin “Ovçu” romanı 2016-cı ilin Aprel döyüşlərinə həsr olunub. Roman Aprel döyüşlərinin şəhidlərindən biri, Milli Qəhrəman Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğullarımızın əziz xatirəsinə elegiyadır. Kitabın bədii redaktoru yazıçı Elçin Hüseynbəyli, hərbi ekspretləri isə Rey Kərimoğlu və Tofiq Şahmuradovdur.

Yunus Oğuzun özü və sözü

6 Fevral 2018 12:05

Mən yazar dostum Yunus Oğuzu uzun illərdir ki, tanıyıram. Bu yaxınlarda bir tədbirdə dediyim kimi, 30 ildir, birlikdə yol gəlirik və bu yolun bitməyəcəyinə inanıram. Bəri başdan onu da deyim ki, Yunus Oğuzla müəyyən ictima-siyasi məsələlərə, roman janrına, onun təhkiyə formasına münasibətdə fikir ayrılığımız olsa da, vətən sevgisində sabitik. Onu da deyim ki, Yunus Oğuz bir türkçü və millətçi kimi sabit-qədəmdir. Mən Azərbaycan bayrağı haqqında onun danışarkən necə kövrəldiyinin şahidiyəm. Yunus Oğuz hansı tədbirdə olur-olsun, içdəmi, dışdamı, öz türkçü və milli kimliyini daim qabardan və bundan qətiyyən çəkinməyən insandır. Bu yazımda da təkcə onun yaradıcılığından yox, həm də şəxsi dəyərlərindən söz açacam...

Azərbaycanda ədəbiyyat oxucuları sıfır nöqtəsinə yaxınlaşır - Yeni layihə: "Mənim kitabxanam"

30 Yanvar 2018 13:11

Olaylar.az yeni layihə təqdim edir. “Mənim kitabxanam” adlanan layihədə ölkənin məşhur sənət adamlarının, yazıçıların kitabxanasına nəzər salacaq, onlarla kitablar haqqında söhbət edəcəyik. Layihənin ilk qonağı tanınmış yazıçı – dramaturq Elçin Hüseynbəylidi.

Adil Babayevdən xatirələr

26 Yanvar 2018 17:59

Yanvarın 27- si  görkəmli şair Adil Babayevin doğum günüdür. Naxçıvan şəhərində doğulan şair 1931-1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirmiş, Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. İlk şerləri Tbilisidə "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində çıxmışdır. 1941-ci ildə "Sevinc" əsərinə görə "Sovet Gürcüstanı" qəzeti redaksiyası müsabiqəsində 2-ci mükafata layiq görülmüşdür. 1945-1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi 1947-1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir.

Erməni yalanı Pakistan mətbuatında

24 Yanvar 2018 17:38

Gunaz.az ONN media - ya istinadən xəbər verir ki, “Turan Araşdırma Mərkəzi” ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılovun erməni tarixşünaslığının şah damarını kəsən əsəri, “erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı haqda Pakistan Respublikasının nifuzlu mətbu orqanı olan "Rajpoot Express Islamabad" dərgisində tanınmış jurnalist Raja Majid Javed Bhatti Pakistan içtimaiyyətinə geniş məlumat verib.

Şıxlinskaya 8 milyonluq iddiadan danışdı: Mənlik deyil

19 Yanvar 2018 18:18

 L.Şıxlinskaya bildirib ki, cinayət işi ona yox, klinikada baş vermiş mənimsəmə və külli miqdarda vergidən yayınma faktlarına görə başlanılıb: “Hələlik araşdırmalar aparılır. Baxaq görək nəticəsi nə olur, kim təqsirli olacaq?! Ondan sonra konkret söz demək olar. Klinikada mühasibatlıq çox özbaşınalıqlar edib. Mən də bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mənim klinikanın idarə edilməsində, sənədlərə qol çəkilməsində heç bir səlahiyyətim olmayıb. Yalnız adım klinikanın adında qeyd edilib, vəssəlam. Mənim barəmdə cinayət işinin açılması söhbəti yalandır”.

İki antologiyaya bir baxış

9 Yanvar 2018 15:24

Dünyanın yaşını, tarixini, mədəniyyətini öyrənmək üçün qədimdən bu yana köməyimizə həmin dövrün qələm əhli, elm əhli yetişir – onlar,milyardlarla insanlar arasında ölməzlik qazanmış az sayda sağ qalanlardı.

“Fəxr etməliyik ki,  Yunus Oğuz kimi ədəbi fədaimiz var”

26 Dekabr 2017 18:21

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-publisist, tarixi əsərlər müəllifi Yunus Oğuzun yeni nəşr olunan “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib.Tədbiri giriş sözü ilə açan “525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi baxımından mühüm vəsait olduğunu diqqətə çatdırıb.

“Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub

30 Noyabr 2017 11:33

Noyabrın 29-da Sumqayıt şəhəri Əli Kərim adına Poeziya Evində yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçirilib. Bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

Molla Pənah Vaqif İstanbul Beynəlxalq kitab sərgisində anıldı

6 Noyabr 2017 13:04

İstanbul Beynəlxalq kitab sərgisində Azərbaycan stendi iştirakşılara təqdim edilib. Sərgi zamanı ölkəmizin İstanbuldakı baş konsulluğu və TÜRKSOY – un  birgə təşkilatçılığı ilə XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin xatirəsinə  həsr olunmuş tədbir keçirilib. Tədbirin açılışında iştirak edən baş konsul Məsim Hacıyev, məhşur ədəbiyyatşünas, professor Nizami Cəfərov, professor Mahirə Qurbanova, publisit Rəşad Məcid çıxış edərək Molla Pənah Vaqifin türk şeir ədəbiyyatında və tarixindəki müsətsna xidmətləri haqqında iştirakçılara məlumat verdilər.