Ədəbiyyat
Daşkənddə “Xəmsə”nin özbəkcə nəşrinin təqdimatı keçirilib
Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında dahi Nizami Gəncəvinin “Xəmsə”sinin özbəkcə nəşrinin təqdimatı keçirilib. Əsəri orijinaldan şair və tərcüməçi Olimcan Buriyev tərcümə edib.
Sona Vəliyevanın yeni kitabı çap olundu
Filologiya üzrə fəlsəfə doktoru, şair Sona Vəliyevanın "Ruhun yaddaşı” adlı yeni kitabı çap olunub. Kitab yeddi bölmədən -"Elm”, "Ədəbiyyat”, "Hüseyn Cavid”, "Sənət”, "Kitab", "Mətbuat tarixi və media”, "Portret”, "Rəy”, "Müsahibələr” - ibarətdir.
Yunus Oğuzun daha bir kitabı Türkiyə türkcəsində
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Atabəy və Haşhaşilər” tarixi romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. “OLAYLAR”-ın xəbərinə görə, kitabı Türkiyə türkcəsinə uyğunlaşdıran qardaş ölkədə bu sahədə böyük təcrübəyə malik olan Hüseyin Adıgözəldir. Artıq kitab qardaş Türkiyədə satışa çıxarılıb.
Maxtal, Saxa-təşəkkürlər, Saxla!
DGTYB Məsləhət Şurasının (DGTYB GƏNƏŞİnin) başqanı Əkbər Qoşalı bugünlərdə Saxa (Yakutiya) Yazıçılar Birliyinin başçısı, Xalq şairi Natalya xanım Xarlampievanın dəvəti ilə Saxa (Yakutiya) Respublikasında səfərdə olub.
"Yunus Oğuz müstəqil Azərbaycan ədəbiyyatında tarixi dövr məktəbi yaratmaqda iddialıdır"
Azərbaycan Milli Elmlər Akademiyasın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Atabəy Eldəniz" tarixi romanının ictimai müzakirəsi keçirilib. İctimai müzakirədə AMEA-nın sözügedən institutunun alim və mütəxəssisləri, yazıçılar, millət vəkilləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib.
Yunus Oğuzun "Atabəy Eldəniz" tarixi romanının təqdimatı keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Yunus Oğuzun "Atabəy Eldəniz" tarixi romanının təqdimatı keçirilib. Məlumata görə, AMEA-nın vitse prezidenti, Ədəbiyyat Institutunun direktoru, akademik Isa Həbibbəyli bildirib ki, "Atabəy Eldəniz" kitabı həm də elmi əsər hesab edilə bilər. Çünki bu əsərin yazılmasında elmi araşdırmaların nəticələrindən istifadə olunub.
Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının müzakirəsi keçiriləcək
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının ədəbiyyatşünas alim və tədqiqatçıların iştirakı ilə müzakirəsi keçiriləcəkdir.
Azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 18-nə təyin olunub.
Nardaran hadisələri ilə bağlı daha bir məhkəmə yekunlaşır
2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yunus Oğuzdan Möminə Xatun və Atabəy Eldəniz haqqında möhtəşəm tarixi roman
Yazıçı – publisist Yunus Oğuzun yeni tarixi romanı dərc edilib. Roman Azərbaycan Atabəylər dövlətinin əsasını qoyan Atabəy Eldənizdən və onun xanımı Möminə Xatundan bəhs edir.
Cavid yaradıcılığını öyrənən dəyərli əsər
Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlunun yaradıcılığında Hüseyn Cavid irsini öyrənmək, onu tədqiq etmək xüsusi yer tutur. Hətta qətiyyətlə demək olar ki, Əjdər Tağıoğlu Hüseyn Cavid irsinin gözəl tədqiqatçılarından biridir və o, Cavid yaradıcılığının bütün parametrləri ilə cəmiyyətə çatdıra bilib. Bu mənada Əjdər Tağıoğlunun “Dünya romantizm ənənələri və Hüseyn Cavid” adlı kitabı xüsusi vurğulanmalıdır. Məlumat üçün qeyd edək ki, Cavidşünaslıqda müstəsna yeri olan bu kitab 1983-cü il kiril qrafikalı nəşri əsasında oxucuların tələbini nəzərə alaraq latin qrafikasında Cavid İsmayılovun redaktorluğu və ideya müəllifliyi ilə yenidən çap olunub.
Paytaxtda lombarda basqın edilib
Bakıda lombarda basqın edən dəstə üzvü həbs edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub. Bildirilir ki, onun həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Sona Vəliyevanın şeirlər kitabı Gürcüstanda nəşr edildi
Tanınmış şairə Sona Vəliyevanın "Ağır damlalar” adlı şeirlər kitabı Gürcüstanda gürcü dilində nəşr edilib. "Tbilisi Universal nəşriyyatı”nda çap olunan kitabda şairənin müxtəlif illərdə yazdığı şeirlər toplanmışdır.
Hacı Zeynalabdin Tağıyev haqqında kitab
"Xan" nəşriyyatında Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab nəşr olunub. "Hacı Zeynalabdin Tağıyev xatirələrdə" adlı kitabda milyonçu-mesenat haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanıb.
Muzeyin 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçiriləcək
İyunun 8 – də AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçiriləcək.Muzeydən “Olaylar” – a bildirlib ki, təqdimatda adları çəkilən nəşrlər olacaq: “Milli Azərbaycan Tarixi Muzeyinin Elmi əsərləri”, Nailə Vəlixanlı “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” , Nərgiz Əliyeva “Şeyx əs-Siləfi və Azərbaycan” , Наргиз Алиева “Ибн Макула о мухаддисах Азербайджана”, Nərgiz Əliyeva, Nasir Quluzadə, Emin Məmmədov “Davud bəy Şərifov”, Əli Rəcəbli “Qafqaz Pulları” , Fərhad Cabbarov, Məmməd Məmmədov “Şollar-Bakı su kəmərinin tarixindən” , “Azərbaycan qadın geyim bəzəkləri”. Kitab-albom. Müəllif və tərtibatçı: Gülzadə Abdulova, “Zoomorf təsvirli şirli qablar”. Kataloq. Mətnin müəllifləri: Nasir Quluzadə və Genadiy Ağayev , “Azərbaycanın soyuq və odlu silahları”. Kataloq. Mətnin müəllifi: Sevinc Vahabova, “Reinkarnasiya – tarixi eksponatlar”. Kataloq. Mətnin müəllifi: Səbuhi Əhmədov.













