Ədəbiyyat
Azərbaycan ədəbiyyatından hansı əsərlərin Nobel mükafatına layiq görülməsini istərdiniz?- SORĞU
“Azərbaycan ədəbiyyatından hansı əsərlərin Nobel mükafatına layiq görülməsini istərdiniz” sualı ilə yazarlarımıza, ədəbi tənqidçilərimizə müraciət etdik.
“Müqəssir”in təqdimatı olacaq
Yazıçı Rövşən Yerfinin “Müqəssir” adlı yeni romanı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görüb. İyun ayının 3-də Gənc Tamaşaçılar Teatrında kitabın təqdimat mərasimi keçiriləcək. Tədbir 16:00-da başlayacaq, 18:00-a qədər davam edəcək. Bütün ədəbiyyatsevərlər tədbirə dəvətlidir.
Şərif Ağayar Kulis.az-ın baş redaktoru təyin olunub
"APA Holding"ə daxil olan Kulis.az saytına yeni baş redaktor təyin olunub. Yeni baş redaktoru tanınmış yazıçı Şərif Ağayardır. Şərif Ağayar 1976-cı ildə Laçın rayonunda anadan olub. N.Tusi adına ADPU-nun tarix-filologiya fakültəsini bitirib. 90-cı illərdən "Panorama" qəzetində, "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsində çalışıb.
Mövlud öz təqdimatından nə danışardı? Ayxan Ayvaz yazır...
Nazim Hikmət anısına rəsm sərgisi
“Əhməd Hamdi Tanpınar məmləkətdən dünyaya”
Bakı Yunus Əmrə İnstitutunun keçirdiyi "Tanpınarı kəşf edirəm" adlı müsabiqədə qalib gəlmiş 5 yazarın esselərindən ibarət "Əhməd Hamdi Tanpınar məmləkətdən dünyaya" adlı kitab çap olunub. İyunun 8-də institutun konfrans zalında kitabın təqdimatı keçiriləcək. Təqdimata bütün yarışma iştirakçıları dəvət olunur. Təqdimatda elm, ədəbiyyat, incəsənət xadimləri, qaliblər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
B A R I Ş Hədiyyə Şəfaqət
-1- 20..-ci ilin sonlarına doğru çoxdan bəri davam edən millətlərarası münaqişə həll olundu. Böyük dövlətlərin başçıları bir araya gəlib illərdən bəri qan davası, torpaq davası edən iki kiçik dövlətin başçılarının barış müqaviləsinə şahidlik etdilər. Hər kəs dərindən nəfəs aldı, əsas da kiçiklərin dava-dalaşından boğaza yığılıb onları barışdırmağa girişən böyük dövlətlər. Müharibə növbəti dəfə başa çatdı...
Mövludun “Çətirsiz” hekayəsi
Azərbaycan poeziyası Londonda
Azərbaycanın zəngin ədəbi irsi - poeziya xəzinəsinin inciləri bu günlərdə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş Azərbaycan - Britaniya Poeziya Gecəsində diqqət mərkəzində olub. Cəmiyyətdən "Olaylar" - a bildirilib ki, poeziya sevərləri bir araya gətirən sözügedən tədbir 1903-cü ildə fəaliyyətə başlamış Londonun ən məşhur kitab mağazası olan "Foyle" də keçirilib. Gecədə 100-dən artıq ədəbiyyat sevərlər və Azərbaycanın dostları iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nigar Həsənzadənin aparıcılığı ilə keçən tədbirdə Azərbaycanın klassik və müasir şairlərinin ingilis dilinə tərcümə edilmiş şerləri səsləndirilib. Şerlər Ayan Salahova (piano) və Əttab Həddadın (ud) ifasında ecazkar musiqi ilə müşayiət olunub. Şer oxuyanlar arasında Britaniyanın tanınmış televiziya aparıcılarından biri Bekenhamdan Baronessa Benjamin da var idi.
Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq
Bir neçə il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu layihə ötən illərdə daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Yazıçılar Birliyindən “Olaylar” – a bildirlib ki, 5 iyun böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür. Odur ki, tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir. Şairlər Günün başqa bir özəlliyi isə şair və yazıçılar Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimində iştirak edəcəklər..
Mövlud Mövludun kitabının təqdimatı keçiriləcək
Ağaveyis Şirvaninin 75 illik yubileyi
Mayin 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Ağaveyis Şirvaninin 75 illik yubileyi, yaradıcılığının 60 illiyili və son kitabı "Sağalan deyil" - lə bağlı tədbir keçirilib. Görüşdə tanınmış qələm adamları və ziyalılar iştirak edib. Tədbirin aparıcısı yazıçı-dramaturq-publisist, Azərbaycan Yazıçılar Birliyinin müşaviri Elçin Hüseynbəyli yubilyar barədə məlumat verərək bildirib ki, məşhur Seyid Əzimin xələflərindən olan Ağaveyis Şirvani poziyamızın beşiklərindən sayılan füsunkar Şamaxının Ərəbşalbaş kəndində anadan olub və klassik üslubda, müxtəlif janrlarda yazan qələm sahibidir.
Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə şair Musa Yaqubun 80 illik yubileyi keçirilib
AMEA-nın Nizami Gəncəvi adına Milli Ədəbiyyatı MuzeyininAran Regional Şöbəsində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri - şair Musa Yaqubun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, Kürdəmir rayon Atakişili kənd orta məktəbində baş tutan tədbirdə muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Musa Yaqubun xalqına, Vətəninə olan sevgisindən, şairin yaradıcılığındakı təbiətlə insan arasındakı qarşılıqlı ünsiyyətin qabarıq ifadəsindən danışıb. Tədbirdə Kürdəmir Rayon Mərkəzi Kitabxanasının baş kitabxanaçısı Ərəstun Sadıqov, şair Abduləziz Xanəhmədoğlu və məktəblilərin ifasında ədibin şeirləri səsləndirilib.
"Qadın qolları dövrü" nəşr olunacaq
Gənc şair Hikmət Orhunun "Qadın qolları dövrü" adlı şeirlər kitabı Yaradıcılıq Fondunun Kitabxanası seriyasından yaxın günlərdə çapdan çıxacaq. Bu haqda şair sosial şəbəkədəki hesabından məlumat verib. Kitab iyunun 10 - da Gənc Tamaşaçılar teatrının önündə oxuculara təqdim olunacaq.
Gənc şair "Next Stage Europe 3" festivalına dəvət aldı
Gənc şair Orxan Bahadırsoy Almaniyanın Höte adına Universitetinin Tiflis filialı tərəfindən "Next Stage Europe 3" festivalına təklif alıb. Sosial şəbəkə vaistəsi ilə oxucularını məlumatlandıran şair "Saçını satan aktrisa" adlı dram əsəri ilə festivala qatılmağa namizəd olduğunu və əsərinin alman dilinə tərcümə olunduğunu bildirib. Əsər Höte adına Universitetin təyin etdiyi münsiflər heyəti tərəfindən dəyərləndirilib.














