Dünya

Alimlər elektron mürəkkəb əsasında elastik rəngli ekran yaradıblar

19 Sentyabr 2016 19:43

"E Ink" və "Toppan" şirkətlərinin mütəxəssisləri elektron mürəkkəb əsasında elastik rəngli monitor hazırlamağa müvəffəq olublar. Elektroforetik displeyin ölçüsü 32 düym təşkil edir.

Bütün parollara daxil olmağa imkan verən USB daşıyıcı nümayiş etdirilib

19 Sentyabr 2016 19:36

“Enpass” şirkəti kompakt “Enpass Portable” USB daşıyıcı qurğusunu nümayiş etdirib.

Bank sektorunda ovucun skan edilməsi sistemi tətbiq ediləcək

19 Sentyabr 2016 19:30

Yaponiyanın “Ogaki Kyoritsu” bankı ovuc içi izinə görə hesab sahibinin eyniləşdirməsini tətbiq etməyi planlaşdırır. Beləliklə, yapon bankı kartların vaxtaşırı itirilməsi ilə bağlı problem həll etmək istəyir.

Hər gün aspirin əvəzinə kivi ilə qidalanın...

19 Sentyabr 2016 19:10

Tayvan tibb məktəbinin apardığı təcrübə kivinin bağırsaq hərəkətlərini nizama saldığını və həzmi asanlaşdırdığını sübut edib. Mütəxəssislər həzmsizlikdən şikayət edən insanlar arasında 4 həftə onlara kivi yedirtməklə təcrübə aparıblar. Nəticədə məlum olub ki, kivi yeyən insanların 45 faizinin həzm sistemi asanlaşıb. 

Dünya alimləri: Uşaqsız nikahlar daha xoşbəxt olurlar

19 Sentyabr 2016 19:05

Uşaqlı ailələrdən fərqli olaraq, uşaqsıza ailələrdə ər və yaxud arvad bir-birlərinə daha çox dəyər verdiyindən ailə münasibətlərindən məmnundurlar.  Evli cütlüklərin çoxu ilk övladlarının dünyaya gəldiyi günü həyatlarının ən xoşbəxt günü kimi xatırlayırlar. Belə ki, dünya alimlərinin elmi araşdırmalarının nəticələri isə məhz uşaqsız nikahların daha xoşbəxt olduğunu deyir. Britaniya universitetinin keçirdiyi sorğu göstərib ki, uşağı olmayan kişi və qadınlar özlərini nikahda daha yaxşı hiss edirlər, uşaqlı ailələrdən fərqli olaraq ər və yaxud arvad bir-birlərinə daha çox dəyər verdiyindən ailə münasibətlərindən məmnundurlar.  Psixoloqların və sosioloqların suallarını 5000-dən çox insan cavablandırıb. Valideyn olanlardan fərqli olaraq, uşaqsızlar bir qayda olaraq öz nikahlarını yüksək qiymətləndiriblər. 

Hansı ölkələrdə uşaq doğmaq bahadır?

19 Sentyabr 2016 18:58

"The Lancet" elmi jurnalı dünyanın müxtəlif ölkələrində uşaq dünyaya gətirməyin neçəyə başa gəlməsi haqda məlumat açıqlayıb.

Tanınmış türk aktrisa ərə getdi

19 Sentyabr 2016 18:49

Aktrisa Aybike Sultan Ömercan Güldal ilə ailə qurub.

Aİ Azərbaycana 13,5 milyon avro ayıracaq

19 Sentyabr 2016 18:47

Avropa İttifaqı kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin və ixrac imkanlarının genişləndirilməsi, biznes-mühitin yaxşılaşdırılmasına 13,5 milyon avro ayıracaq.

16 gün ərzində 6 milyon insan sərxoş olacaq

19 Sentyabr 2016 18:44

Sentyabrın 17-də Almaniyada məşhur "Oktoberfest" payız bayramına start verilib. Yağışlı havaya rəğmən, Avropanın məşhur pivə festivalının paytaxtı Münhen olaraq qalıb. Bayramın ilk günündən etibarən pivə çadırlarına on minlərlə adam axışıb.

"McDonald's" 500 mln. dollar cərimələnə bilər

19 Sentyabr 2016 17:57

ABŞ-ın "McDonald's" restoranlar şəbəkəsi, Lüksemburqda vergiləri ödəmədiyi üçün 500 mln. dollar cərimələnə bilər.

DƏHŞƏT: Cinsi əlaqəyə razı olmayan 19 qadını diri-diri yandırdılar

19 Sentyabr 2016 17:55

İŞİD Mosulda 19 qadını qəfəsə salaraq diri-diri yandırıb.

Merkel miqrantların sayına limit tətbiq etmək istəmir

19 Sentyabr 2016 17:53

Almaniya Kansleri Angela Merkel ölkədə miqrantların sayına limit tətbiq etmək niyyətində deyil. RİA Novosti-nin verdiyi məlumata görə, o bildirib ki, statistik say problemləri həll etməyəcək. Lakin A.Merkel qeyd edib ki, hökumət qaçqınların sayını azaltmaq üzərində işləyəcək.

Nyu-Yorku ABŞ vətəndaşı qana bulayıbmış

19 Sentyabr 2016 17:38

Nyu-Yorkda partlayış törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb. Report xəbər verir ki, bu barədə Nyu-York Şəhər Polis İdarəsinin rəisi öz "Twitter" səhifəsində yazıb.

2080-ci ildə insanlar onu tapmayacaqlar

19 Sentyabr 2016 17:36

İqlim dəyişikliyi qəhvə plantasiyalarına mənfi təsir göstərir. Modern.az xəbər verir ki, bu barədə Avstraliya İqlim İnstitutunun mütəxəssisləri apardıqları araşdırmada yazırlar. Hesabatda göstərilir ki, 2050-ci il üçün qəhvə əkilən torpaq sahələri 2 dəfə azalacaq. 2080-ci ilə qədər isə Yer kürəsində qəhvə bitkisi məhv olacaq.

Fransa Senatından erməniləri üzən qərar

19 Sentyabr 2016 17:32

Fransa Senatı "erməni sıyqırımı"ı ilə bağlı növbəti qanunu müzakirə edərkən "soyqırımının inkarı"na görə cinayət məsuliyyətini nəzərdə tutan maddəni layihədən çıxarıb.