Dünya
Ebru Gündeş səssizliyini pozdu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş axır ki, ötən gün səssizliyini pozub.
Alimlər dünyada ən kiçikölçülü güzgü yaradıblar
Pyer və Mariya Kyuri Universitetinin alimləri 2000 atomdan ibarət molekulyar miqyaslı güzgü yaratmağa nail olublar. Tədqiqat işinin nəticələri “Physical Review Letters” nəşrində təsvir edilib.
"Ərim öpüşməyimə qarışmır"
Kanal D-də yayımlanan "Hayat şarkısı" serialında tərəf müqabili Birkan Sokullu ilə öpüşən Burcu Biricik açıqlama verib.
Şifrlənmiş parolların insan bədəni vasitəsilə ötürülməsi təklif edilib
Vaşinqton Universitetinin alimləri qurğular arasında şifrlənmiş parolların ötürülməsi üçün insan bədənindən istifadəni təklif ediblər. Alimlər öz tədqiqat işini Almaniyada keçirilmiş “UbiComp 2016” konfransında təqdim ediblər. Məlumata görə, parolların ötürülməsi üçün belə üsuldan istifadə xüsusi avadanlığın yaradılmasını tələb etmir.
Robot kreslo növbəyə nəzarət edəcək
Yaponiyanın “Nissan Motor” avtomobil istehsalçısı canlı növbədə rahat durmaq üçün nəzərdə tutulan “ProPILOT Chair” avtonom kreslosunu təqdim edib.
Neyron şəbəkələr əsasında rekord dəqiqlikli kompüter tərcümə sistemi təqdim edilib
"Google" şirkətinin süni intellekt üzrə mütəxəssisləri dərin təlim prinsiplərinə əsaslanan yeni "GMNT" (Google’s Neural Machine Translation) kompüter tərcümə sistemi təqdim ediblər. Formal qiymətləndirmə və rəyi soruşulan könüllülərin qənaətinə görə, sistemin tərcümə dəqiqliyi mövcud analoqlarından xeyli yüksək olsa da, "canlı tərcüməçilər"in dəqiqliyindən hələ ki geri qalır.
“BlackBerry” smartfon istehsalından imtina etdi
Kanadanın “BlackBerry” şirkəti smartfon istehsalının dayandırılmasını elan edərək xidmət və proqram təminatının yaradılması ilə məşğul olmağa qərar verib.
İT nəhəngləri süni intellektin inkişafı məqsədilə tərəfdaşlıq yaradıblar
ABŞ-ın beş İT şirkəti (“Google”, “Facebook”, “Amazon”, “IBM” və “Microsoft”) süni intellektin inkişafı məqsədilə qeyri-kommersiya tərəfdaşlığı yaradıblar.
Ermənistanda məktəblilər tətil elan etdilər - VİDEO
Məktəbliləri qəzalı vəziyyətdəki binaya zorla qaytarmağa çalışıblar. ARB TV xəbər verir ki, Ermənistanın Vardenis şəhərinin məktəbliləri tətil elan ediblər. Qəza vəziyyətində olan binada şagirdlər təhsil almaq istəmədiklərini bildiriblər. Onların fikrincə, binaya daxil olmaq həyat üçün təhlükəlidir.
Rusiya XİN: ABŞ-ın son bəyanatı yersizdir
"ABŞ-ın Suriya və Rusiya ilə bağlı son bəyanatı yersizdir və insanlıq normalarına uyğun deyil".
Torpaq sürüşməsi - 27 nəfər itkin düşdü
Çinin Çjeçzyan vilayətində "Meqi" qasırğasının gətirdiyi güclü leysan torpaq sürüşməsinə səbəb olub.
Almaniyada məscidlərə hücumların sayı artıb
Almaniyada məscid və müsəlmanlara məxsus təşkilatlar getdikcə daha çox hücumların hədəfinə çevrilir.
ABŞ Somalini vurdu: 22 ölü, 16 yaralı
ABŞ pilotsuz təyyarələrinin Somalinin Qalkayo şəhərini bombalaması nəticəsində 22 hərbçi ölüb, 16 nəfər yaralanıb.
Rusiya vətəndaşları Türkiyəyə ölkədaxili pasportla səfər edə biləcəklər
Rusiya ilə Türkiyə arasında gediş-gəliş prosedurunun asanlaşdırılmasına dair saziş hazırlanır.
Ukraynada 20 hakim işdən çıxarılıb
Ukraynanın Ali Radası (parlament) vəzifə andını pozduqları üçün məhkəmənin 20 hakimini tutduğu vəzifədən azad edib.














